Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qafqazın en qedim dini mebedi Azerbaycanda aşkar olundu – FOTOLAR

12 Ağustos 2016

2:08 pm


12/08/2016 [18:05]: xeber –
 Cəlilabad rayonunun Güllütəpə kəndinin ərazisində yerləşən Polutəpə qədim yaşayış məskənində Qafqazın ən qədim dini məbədi aşkar edilib.AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-Neolit Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tufan Axundovun başçılıq etdiyi qrup tərəfindən sözügedən ərazidə aparılan qazıntılar zamanı müxtəlif mədəni təbəqələrdən Neolit dövrünə aid xeyli sayda bəzək, məişət əşyaları, eləcə də əmək alətləri tapılıb.Son qazıntılar zamanı isə arxeoloqlar nəinki Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə rast gəlinən qədim dini məbəd aşkar ediblər. Qədim ibadətgahın mərkəzində dərin çalanın içərisində böyük küp yerləşib. Küpün daxili isə kül ilə doldurulub.Arxeoloqun qənaətinə görə, kül qalıqları burada dini ayınlərin icra olunması zamanı istifadə edilən odun qalıqlarından ibarətdir.Qazıntılar zamanı ərazidə məbəddən əlavə, bir uşaq olmaqla 2 insan qəbri də aşkarlanıb. (Region TV)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler