Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qafqaz Universiteti müveqqeti olaraq bizim idareçiliyimize verilmişdi” -Elmar Qasımov

07 Eylül 2016

9:16 am


07/09/2016 [13:12]: xeber –
Gülənlə bağlılığı iddia olunan Qafqaz Universitetinin idarəçiliyi, onun kimə, hansı quruma məxsusluğu ətrafında söz-söhbətlər hələ də səngimək bilmir.Əslində bu söz-söhbətlərin  yaranmasına səbəb  Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun bir müddən öncə mətbuata verdiyi açıqlama olub. Belə ki, o, mətbuata açıqlamasında “Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin tam idarəçiliyinə verilib”-deyə, bəyan etmişdi. Həmçinin, qeyd etmişdi ki, bununla bağlı prosedurlar və məsələlər tədricən həll ediləcək.Ancaq bu günlərdə Bakı Ali Neft Məktəbinin idaraçəliyinə verildiyi bildirilən sözügedən universitetə yeni rektorun təyin edilməsi məsələ ətrafında söhbətləri daha da qızışdırmış oldu. Bu yerdə qeyd edək ki, Qafqaz Universitetinə yeni rektor Azərbaycan Texniki Universitetindən gətirildi, yəni, rektor Havar Məmmədov bu dəfə adıçəkilən universitetə rekor təyin edildi.H. Məmmədov da öz növbəsdində apa-ya müsahibəsində  deyib ki, avqustun 5-dən Qafqaz Universitetində fəaliyyət göstərən müəllimlərin hamısı işdən azad olunub və onlar ölkələrinə qayıdıblar.“Gedənlərin arasında ali məktəbdə rəhbər vəzifələr tutanlar da olub. Onların sayı müəllim və texniki işçilər də daxil olmaqla, 45 nəfər idi”-deyən rektorun sözlərinə görə, hazırda ali məktəbdə yalnız azərbaycanlı müəllimlər fəaliyyət göstərir: “Ayrı-ayrı fənlərlə bağlı kadr çatışmazlığı var. Bu sahədə Təhsil Nazirliyi bizə əməli kömək edəcək. Dərslərin boş keçməsinə imkan verilməyəcək. Sözsüz ki, kadr və digər məsələlərdə ciddi dəyişikliklər, lazımi islahatlar olacaq. Kim işinin öhdəsindən gələcəksə, onunla əməkdaşlıq davam etdiriləcək”.H.Məmmədov  həmçinin qeyd edib ki, Qafqaz Universiteti heç vaxt Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməyib: “Sadəcə, Qafqaz Universitetinin rektoru işdən çıxarıldığı zaman müvəqqəti olaraq rektor vəzifəsinin icrası Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova tapşırılıb. Universitetin bağlanması söhbəti olmayıb və bu gün sərbəst özəl ali məktəb kimi fəaliyyət göstərir. Qafqaz Universiteti ətrafında yayılan xəbərlər tələbələrin bir hissəsinin ixtisas seçiminə təsir edib…”Bəs görəsən, yaranmış söz-söhbətlər barədə Bakı Ali Neft Məktəbinin rektoru E. Qasımov nə düşünür?O, Gununsesi.info-ya eksklüziv açıqlamasında bildirib ki, Qafqaz Universiteti müvəqqəti olaraq onların idarəçiliyinə verilmişdi. “Mən iki ali məktəbin rektoru ola bilməzdim. Qafqaz Universiteti də bizə müvəqqəti olaraq idarəçiliyə verilmişdi. Artıq universitetin yeni rektoru var və hər iki ali məktəb müstəqil şəkildə fəaliyyətini davam etdirirlər”-deyə, o, sözlərinə əlavə edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler