Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qadınların sponsoru olur, amma bezi kişiler de var ki..” – Seyyaddan şok açıqlama

24 Ekim 2016

12:28 pm


24/10/2016 [16:27]: xeber –
“Həyat yoldaşımla aylı gecədə görüşürdüm”ARB TV-nin “Evgördü” verilişinə qonaq olan müğənni Səyyad Əlizadə maraqlı açıqlamalar verib.Sevilən ifaçı sponsorluq təkliflərini qəbul etmədiyini bildirib:”Albomlarımın bütün xərcini özüm çəkirəm. Nə qədər ki, yaşayıram, səsim buna imkan verir daima yeniliklər üçün çalışacam. Kişilərin sponsoru olmur. İndi kişi olmaq çətindir. Sponsorlar qadınlar üçündür. Kişilərə nə sponsor? Adətən qadınlar üçün sponsorlar olur. Amma bəzi kişilər var ki, dostlarından istifadə edirlər. Mənə də təkliflər gəlib, qəbul etməmişəm. Mən xoşbəxt insan deyiləm. Xoşbəxt insan olmur, xoşbəxt anlar olur”.Daha sonra müğənni verdiyi borclardan danışıb: “Yalvarıb borc istəyirlər, sonra qaytarmırlar. Peşman da olursan borc verdiyinə”. Səyyad Əlizadə “Bəyaz gecələr” mahnısının tarixçəsindən danışıb: “O mahnı reallıqdan götürülüb. Mənim həyatımdır. Mən sevdiyim şəxslə – indiki həyat yoldaşımla aylı gecədə görüşmüşəm. Albom Türkiyədə çıxmalıydı. Hələ ortada mahnı, şeir yox idi, amma mən adı düşünmüşdüm. Dostum İlham Mirzəliyevə danışdım əhvalatı, onun yazdığı şeir xoşuma gəldi. Gördüm ki, bu reallığı əks etdirir. Bunu Cabbar Musayevə təqdim etdim, 15 dəqiqəyə hazırladı. Fikrləşmirdim ki, bu qədər seviləcək”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler