Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qadınları BƏƏ-ye aparan transseksual hebs edildi

05 Eylül 2016

6:32 pm


05/09/2016 [22:30]: xeber –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən qapalı prosesdə hökm oxunub. N.İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. N.İbrahimli həbs edilərkən onun anasının halı pisləşib.N.İbrahimli Azərbaycandan Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) qadın aparmaqda təqsirli bilinirdi.Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər şikayətlərini geri götürüblər. Onlar istintaqa ifadələrində N.İbrahimlidən şikayətçi olduqlarını bildirmişdilər.Onu da əlavə edək ki, işlə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan N.İbrahimli barəsində həbs qətimkan tədbiri seçilməmişdi.Həbs edilən şəxsin transseksual olduğu bildirilir.(Musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler