Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qadınlar mecburi herbi xidmete çağırılacaq -DİQQƏT

29 Ağustos 2016

9:36 am


29/08/2016 [13:32]: xeber –
Norveç qadınlara hərbi xidmətin məcburi edildiyi ilk Avropa və NATO ölkəsi oldu. Norveçdə qadınların məcburi hərbi xidmətə çağrılması barədə qanun təsdiq edilib. Təhsil, rifah səviyyəsi və insani inkişaf baxımından Norveç dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Skandinaviya ölkəsi eyni zamanda möhtəşəm təbiətə sahibdir. Dünyanın ən inkişaf etmiş, ən yaşanmalı, ən firavan ölkələrinin başında gələn Norveç, həmçinin Vikinq soyundan gələn yaraşıqlı kişiləri və gözəl qadınları ilə də həmişə maraq doğurur. Ancaq Norveçdə qüvvəyə minən yeni qanun hər kəsi təəccübləndirib. Norveçdə məcburi əsgərlik xidməti 19 yaşında başlayır. Gördüyünüz kimi kişi və qadın əsgərlər eyni palatalarda qalırlar. Əslində Norveçdə qadınlar on illərdən bəri əsgərlik edirlər. Ancaq bu könüllülük əsasında idi. Orduya 90-cı illərdən bəri qadın zabitlər qəbul olunur və onların arasında döyüş təyyarəsi və vertolyot pilotları da var. Hazırda Norveç ordusunun üçdə biri qadın əsgərlərdən ibarətdir. Yeni çıxan qanun ilə birlikdə qadın əsgərlərin sayının artacağını təxmin etmək çətin deyil.  Bütün bunlara baxmayaraq, qadınların məcburi əsgərliyə çağrılması yenə də norveçli kişiləri çaşdırıb. Mövzu ilə bağlı fikri soruşulan bir kişi əsgər utanaraq: “Qızlarla tam olaraq necə davranacağımızı bilmirik” deyib. Hərbi səlahiyyətlilər isə hər hansı bir problem olmadığını, qadın və kişi əsgərlərin eyni kamerada olmalarının çətinlik yaratmayacağını və seks qalmaqallarının yaşanmayacağını söyləyiblər.(Publika.az )


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler