Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qadınla delisov arasında qalan ABŞ-da seçki: Niye mehz çerşenbe axşamı ve niye 538 ses?

05 Kasım 2016

12:08 pm


05/11/2016 [16:07]: xeber –
Amerika seçkiləri haqqında suallara cavabAmerikada prezident seçkilərinə sayılı günlər qalıb. Seçki marafonu daha da gərginləşib. Ölkəyə kimin rəhəblik edəcəyini seçkiyə qalan son günlərdə namizədlərin reytinqindən müəyyən etmək mümkün olsa da, sürprizlər də mümkündür. Amerika əvvəlcədən edilən təxminlərin son anda sürpriz dəyişikliklə alt-üst ola bildiyi ölkələrdəndir. Amerika seçki sistemi özü də ölkə kimi maraqlıdır. Bu ölkədə seçki sistemi ilə tanış olmaq üçün bir neçə sualın cavabını bilmək kifayət edir.1. Niyə səsvermə həmişə həftənin çərşənbə axşamı keçirilir?Bu ənənə ölkədə hələ XVIII əsrdən miras qalıb. Çərşənbə axşamı fermerlərin bazara getdiyi gün idi, onlar həftənin məhz bu günü alış-veriş üşün bazara gedirdilər. Çünki bazar günü kilsəyə ayrılırdı, hər bir ailənin bazar günü kilsəyə getmək borcu vardı, buna görə də həftə içində digər önəmli işlərini yerinə yetirirdilər. Amerikalılar üçün şənbə günü daha çox istirahətə ayrılırdı. Bibliya oxumaq, istirahət etmək, təbiət qoynunda dincəlmək üçün məhz şənbə günləri ayrılırdı.  Buna görə də çərşənbə axşamı seçki üçün ən ideal zaman idi. Bazara, yarmarkaya gedən insanlar yolüstü məntəqəyə də gedə bilərdilər. O zamandan etibarən bu qayda dəyişməyib. Heç bir prezident də bu qaydanı dəyişməyə cəhd göstərməyib.2. Seçkidə ən çox səs toplayan qalib gəlir? Amerikada seçki iki mərhələli keçirilir. ABŞ vətəndaşları səslərini birbaşa namizədə vermirlər. Onların səslərini  seçici adlandırılan seçilmiş şəxslərə verirlər. Onlar da öz növbələrində seçici kollegiyası yaradırlar ki, bu kollegiya da 538 nəfərdən ibarət olur. Ancaq bu da formal xarakter daşıyır.  Əsas məqam xalqın iradəsidir, seçici ancaq xalqın iradəsini çatdırır. Ancaq ölkənin seçki tarixində seçicilərin xalqın iradəsini dəyişdirmək cəhdi də olub. 3. Seçicilər seçkinin gedişinə necə təsir göstərə bilərlər? XIX əsrdə seçicilər namizədlərdən birinin vitse-prezident postuna təsdiqindən imtina etdilər. Bunun səbəbi kimi isə namizədin qaradərili kölə qadınla əlaqəsinin olduğu göstərilirdi. Amma daha sonra ABŞ Ali Məhkəməsi seçicilərin bu qərarını dəyişdi.  Sonradan məhz bu amil Vətəndaş müharibəsinin səbələrindən biri oldu. Şimal ştatları cənub ştatlarındakı qaradərililəri köləlikdən azad etmək uğrunda müharibəyə başladılar. 4. Əgər seçicilərin səsi namizədlər arasında bərabər bölünərsə, seçkinin taleyi necə olar? Bu zaman qalibi Konrqesin aşağı palatası seçir. 1825-ci ildə Con Adams məhz bu qayda ilə prezident seçilib. Bu təcrübə artıq Amerikada var və təkrarlanmayacağına zəmanət yoxdur. Qeyd etdiyimiz kimi, Amerika sürprizlər ölkəsidir. 5. Seçkinin təxirə salınması və ya səslərin yenidən sayılması olub?İndiyə qədər Amerikada seçki heç vaxt təxirə salınmayıb. Ancaq 2000-ci ildə oğul Buş prezident seçildiyi zaman qalmaqal yaşanıb. Florida ştatında Buşun seçki qərargahı səslərin yenidən sayılmasını tələb edib. Əvvəlcə həmin ştatdan qalib demokratların nümayəndəsi Albert Qor olub. Ancaq Buq qərargahının tələbi ilə səslər yenidən sayılıb və 500 bülletendəki nəticənin hesablanması ilə Buşun qələbəsi təsdiqlənib.Floridadan bütün seçicilər səslərini Buşa verib və beləliklə, oğul Buş prezident seçilib. Ancaq əgər seçicilərin yox, insanların səsini hesaba alınardısa, o zaman, məhz Albert Qorun prezidentliyi təsdiqlənməli olardı. Ancaq təkrar edək ki, seçkidə məhz seçicilərin səsi nəzərə alınır. Paradoks isə ondan ibarətdir ki, əhali sayı müxtəlif olan ştatlarda da seçici sayı eynidir.(Cebhe.info )


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler