Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qadın qeyseriyye emeliyyatından 4 gün sonra öldü

06 Ağustos 2016

11:48 am


06/08/2016 [15:47]: xeber –
Sabirabadda 36 yaşlı qadın qeysəriyyə əməliyyatından 4 gün sonra dünyasını dəyişib.Sabirabad rayon Perinatal Mərkəzindən AzNews.az-a verilən məlumata görə, 1980-ci il təvəllüdlü Seyfəliyeva Familə Aydın qızı xəstəxanaya bətnində ölü döllə daxil olub. Doğum şöbəsinin həkiminin asisenti Mehriban Yunisovanın sözlərinə görə, Seyfəliyeva Familə xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub: “Xəstə gələn kimi onu əməliyyat blokunda UZİ elədik. Baxdıq ki, döl ölüdür. Bundan əlavə isə ananın bətnində 3 litrə yaxın iri qan laxtaları vardı. Elə oradaca xəstəni vəziyyətdən çıxarmaq üçün təcili olaraq qeysəriyyə əməliyyatına götürdük. Ananın bətnindən ölü döl xaric olundu. Əməliyyatdan sonra həmin qan laxtalarını xəstənin valideynlərinə də göstərdik”.Asisent onu da əlavə edib ki, qadın əməliyyat edildikdən sonra onun vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyinə məlumat verilib: “Təcili olaraq Bakıdan briqada göndərildi. Reanimotoloq xəstənin vəziyyətini ağır qiymətləndirdi. Qara ciyər, ürək, böyrək çatışmazlığı diaqnozu qoydu. Bundan əlavə ananın bədənindən çıxarılan döl gömgöy idi, çox güman ki, iki gün öncə ölmüşdü”.M.Yunisova qeyd edib ki, əməliyyatdan sonra xəstənin vəziyyəti daha da ağırlaşıb: “Bütün analizlərin cavabı aşağı və eyni zamanda ağır göstərilirdi. 4 saatda bir qram da olsun sidik ala bilmədik. Xəstə Ucar rayonundan gətirilib. Gətirilənə kimi vaxt itkisi olub və xəstənin vəziyyəti ağırlaşıb. Xəstə elə Ucarda əməliyyat olunmalı idi. O boyda yolu belə vəziyyətdə gətirmək olmazdı”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler