Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qadın avtobusda uşaq dünyaya getirdi – VİDEO

28 Ekim 2016

4:32 pm


28/10/2016 [20:30]: xeber –
sayt Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda inanılmaz hadisə baş verib. Qadın avtobusda dünyaya uşaq gətirib, hadisə anbaan avtobusun kamerasına düşüb.İstanbulda avtobusların birində qadın sərnişinin doğuş sancıları başlayıb. Sərnişinin suriyalı olduğu və doğuşuna az bir müddət qaldığı öyrənilib. Qadının vəziyyətini görən sürücü dərhal avtobusu dayandıraraq sərnişinlə yerə endirib. Avtobusda sadəcə qadına kömək edə biləcək bir neçə qadın sərnişini saxlayıb. Bundan sonra avtobusu ən yaxın xəstəxanalardan birinə çatdırmağa çalışıb.Ancaq yolda hədsiz tıxac olduğuna görə avtobus saatlarla yolda qalıb. Sürücü uzun səylərdən sonra qadını yaxınlıqda yerləşən Qanuni Sultan Süleyman Xəstəxanasına çatdırmağı bacarıb. Ancaq bu zaman artıq doğuş başlayıbmış. Sürücü avtobusu xəstəxananın önündə saxlayaraq xəstəxana işçilərindən kömək istəyib. Həkimlər xəstəxananın həyətindəki avtobusun içindəcə doğuşu həyata keçiriblər. Baş verənlər əvvəldən sonadək anbaan  təhlükəsizlik kamerasında əks olunub. Qəhrəman sürücüsü bu nümunəvi davranışına görə avtobus şirkəti tərəfindən qızılla mükafatlandırılıb. Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler