Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qaçırılan 17 yaşlı qız eve zeng vurub – Polis ise tapa bilmir…

20 Ağustos 2016

7:28 am


20/08/2016 [11:25]: xeber –
Ötən gün Cəlilabad rayonun Boyxanlı kəndində evli kişi tərəfindən qaçırılan 17 yaşlı nişanlı qız hələ də tapılmayıb.Bu barədə  qaçırılan qızın atası Eldar Dadaşov məlumat verib. O bildirib ki, qızının harada olması məsələsi hələ dəqiqləşməyib: “Rayon polis şöbəsinin əməkdaşları, başda Namiq Camalov olmaqla hamı narahatdır. Hazırda onun tapılması istiqamətində iş gedir. Polis əməkdaşları təxmin edilən ərazilərə gediblər”.E. Dadaşov qaçırılandan sonra qızının bir dəfə onla əlaqə yaratdığını deyib: “Harada olduğunu soruşdum, bilmədiyini dedi. Dedim ki, yerini de biz gələk, ya da siz çıxın gəlin, qorxmayın, narahatlığa əsas yoxdur. Yanında kim olduğunu soruşdum, amma cavab ala bilmədim, telefon söndü. Yenidən zəng vursam da, telefon bağlı idi.Oğlanın valideynləri də qızımın hara qaçırıldığını dediklərinə görə bilmirlər. Övladım azyaşlı olduğu üçün himayəmdədir. Tələb edirəm ki, qızım evinə qayıtsın. Nişanlısının ailəsi də hərtərəfli narahatdır. Hamımız qızımın tapılmasını gözləyirik”.Maraqlıdır ki, Eldar Dadaşov dünən verdiyi açıqlamasında qızının Bakıya, konkret olaraq “Yeni Günəşli” qəzəbəsinə qaçırıldığını ehtimal etmişdi. Bu gün isə qızının artıq ona zəng etdiyini bildirib. Belə olan halda necə olur ki, polis bu faktın üstünü açıb, qızın harada olduğunu müəyyənləşdirə bilmir?..(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler