Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Putinle sevgili deyilem” — Biznes-lediden ilk açıqlama

25 Temmuz 2016

10:12 pm


26/07/2016 [02:11]: xeber –
Məşhur media-maqnat Rupert Merdokun keçmiş həyat yoldaş Vendi Denq Rusiya prezidenti Vladimir Putinlə sevgili olduğu ilə bağlı yayılan xəbərlərə ilk dəfə aydınlıq gətirib. 47 yaşlı biznes-ledi “Vogue” jurnalına müsahibəsində Putinlə heç bir zaman görüşmədiyini, lakin haqlarında çoxlu xəbərlər yazıldığını bildirib. “Jurnalistlərin bu məsələdə niyə məni seçdiklərini anlamıram. Tanımadığım insanların haqqımda nə dedikləri mənə maraqlı deyil. Ən yaxın dostlarım yaxşı bilirlər ki, enerjimi boş sözlərə xərcləmirəm”, – Vendi söyləyib. O, hazırda sevgilisi olmadığını dilə gətirərək yeni münasibətə hazır olduğunu, hətta gələcəkdə hər hansı bir prezidentlə də əlaqədə ola biləcəyini ifadə edib. Qeyd edək ki, Rupert Merdokla Vendi Denq 14 illik ailə həyatından sonra 2013-cü ildə boşanıb. Onların Xloya (13 yaş) və Qreys (14 yaşlı) adlı iki qız övladı var. Putinlə Vendi haqqında xəbərlər də onun boşanmasından sonra yayılıb. O ərəfədə Rusiya lideri də Lyudmiladan ayrıldığını elan etmişdi. (qafqazinfo)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler