Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Putinle Olland Qarabağ meselesinde razılaşdı

01 Temmuz 2016

8:00 am


01/07/2016 [11:56]: xeber –
Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Fransua Ollandla telefon danışığında Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələlərini müzakirə edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, telefon söhbətində Putin Ollanda iyunun 20-də Sankt-Peterburqda Qarabağla bağlı keçirilən üçtərəfli görüşün nəticələri haqda məlumat verib. Rusiya və Fransa prezidentləri görüşdə nail olunmuş nəticələrin sülh prosesinin irəliləyişinə imkan yaradacağına ümidvar olduqlarını dilə gətiriblər. Bu istiqamətdə ATƏT-in Minsk qrupu çərçivəsində birgə işi davam etdirməyin vacibliyi bir daha vurğulanıb. Putinlə Olland həmçinin, Ukrayna münaqişəsi, Böyük Britaniyanın Avropa Birliyindən çıxması məsələlərini də müzakirə ediblər.(Publika.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler