Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Putinin gizli sevgilisi Trampın qızı ile tetilde – Fotolar

16 Ağustos 2016

1:40 pm


16/08/2016 [17:38]: xeber –
Trampın qızının Putinlə sevgili olduğu iddia edilən Vendi Denglə tətilə çıxması Donald Trampla Vladimir Putinin “gizli əlaqəsi” olduğunu bir daha gündəmə gətirib. ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərində respublikaçıların namizədi Donald Trampla demokratların namizədləri Hillari Klinton arasında rəqabət gedir. Tramp ABŞ prezidenti Barak Obamanı və Hillari Klintonu “İŞİD-in qurucusu” olmaqda günahlandırır. Demokratlar isə üstüörtülü də olsa Trampı “Rusiya cəsusu” olmaqda ittiham edir.  sayt xarici mediaya istinadən xəbər verir ki, Trampın qızı İvanka Trampın media iperatoru Rupert Murdokun keçmiş həyat yoldaşı Vendi Deng ilə birlikdə tətilə çıxması  “Putin-Tramp” əlaqəsini yenidən gündəmə gətirib. Xatırladaq ki, çinli Vendi Dengin Murdokdan boşandıqdan sonra Putinlə “sevgili” olduğu iddia edilmişdi. Atası Donald Tampın seçim kampaniyasına şəxsən qoşulan İvankanın instaqram hesabında paylaşdığı bir fotonun qarşıdakı günlərdə ABŞ siyasətində çox müzakirə ediləcəyi gözlənilir. Fotoda Xarvatiyanın Dubrovnik kəndində günəşin və dənizin həzzini çıxaran İvanka Trampın tətil yoldaşının Vendi Deng olduğu görünür. Xatırladaq ki, avstraliyalı media imperatoru Rupert Murdokun keçmiş arvadı Vendi Dengin İngiltərənin keşmiş baş naziri Toni Bleirlə “gizli eşq” yaşadığı ortaya çıxmışdı. Murdok bu iddialardan sonra Vendidən ayrılmışdı. Boşandıqdan sonra Qərb mətbuatında Vendi Dengin Rusiya prezidenti Vladimir Putinlə sevgili olduğunu gündəmə gəlmişdi. ABŞ-ın şou-biznes jurnalı “US Weekly”  Putinə yaxın olan bir mənbəyə istinad edərək Vendi Dengin Putinlə uzun zamandır ciddi münasibətdə olduğunu iddia etmişdi. Ancaq indiyə qədər Putinlə Vendi Deng bir yerdə görüntülənməyib. Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler