Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Putini temizlemek, dünyanı 500 dövlete parçalamaq…” – SSENARİ

16 Eylül 2016

9:48 am


16/09/2016 [13:46]: xeber –
“15 iyul gecəsində birbaşa hədəf Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ikinci hədəf isə Rusiya prezidenti Vladimir Putin idi”. Bu sözləri Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan millət vəkili Mətin Külünk “Sputnik” agentliyinin Türkiyə xidmətinə müsahibəsində deyib. “Türkiyə ilə Rusiyanı zərərsizləşdirmək istəyirdilər. İki ölkə də bunun fərqindədir və buna görə davranırlar”, – millət vəkili söyləyib. Onun sözlərinə görə, Barak Obama 2008-ci ildə ABŞ prezidenti seçildikdən sonra dünyada yeni bir tənlik qurulub: “Bu tənliyin üç təməl başlığı var. Bunlar Obama, Putin və Ərdoğandır. Dünyanı az qala 500 dövlətin olduğu bir vəziyyətə gətirmək, “böl, parçala, nəzarət et, vuruşdur, borclandır, təslim al” məntiqi ilə dünyanı nəzarət altında saxlamaq, yeraltı və yerüstü ehtiyatları istismar etmək istəyən, milli dövlətləri rədd edən qlobal maliyyə və güc mərkəzi “Obama-Putin- Ərdoğan” tənliyindən narahatdır. Bu güclər əvvəlcə ABŞ-da Obamanı zərərsizləşdirmək üçün addımlar atdı. Hətta ABŞ-da daxili qarşıdurmalar təşkil edərək Obamaya mesajlar verildi. 15 iyul klassik mənada birbaşa olaraq Türkiyəni maraqlandıran bir terror deyildi, bir qlobal terror hadisəsi idi. Çevriliş cəhdinin ilk hədəfi Ərdoğanı ortadan götürmək, ikinci mərhələsi isə Rusiya prezidenti Putini təmizləmək idi. Yəni, Türkiyədə 15 iyul gecəsində hədəflərinə çata bilsəydilər, bu hədəfin ən əhəmiyyətli nəticəsi Türkiyəni vətəndaş müharibəsinin köməyilə parçalamaq və tamamilə zərərsizləşdirmək olacaqdı. Əgər bunu bacara bilsəydilər, bundan sonrakı hədəf Rusiya idi”. AKP-lı millət vəkili Putindən xilas olmaq istəyinin açıq şəkildə göründüyünü vurğulayıb.(Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler