Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Putini 10 minlik Qafqaz qoşunu xilas edecek – Kadırovun xüsusi missiyası

23 Eylül 2016

12:16 pm


23/09/2016 [16:15]: xeber –
Demək olar ki, bir il əvvəl – 30 sentyabr 2015-ci ildə Rusiya Suriyada hərbi əməliyyata başladı. Kənardan verilən dəstəyə baxmayaraq, Bəşər Əsədin ordusu heç bir əhəmiyyətli müvəffəqiyyətə nail olmayıb: ölkə ərazisinin 60-70 faizi Dəməşqin nəzarətində deyil, əhali və hətta hərbçilər öz fəaliyyəti ilə məşğul olmayan xüsusi xidmət orqanlarının vergisi altındadır. “Gazeta.ru” saytının hərbi müşahidəçisi Mixail Xodarenokun fikrncə, bu cür müttəfiqlə müharibəni udmaq çətindir. Rusiya Silahlı qüvvələrinin əhəmiyyətli hissəsi Suriyadan çıxarılıb. Faktiki olaraq, Xmeymim bazasında yalnız bir aviaqrup qalıb. Hərbi müşahidəçinin sözlərinə görə, məlumatlar var ki, Kremldə siyasi qərar qəbul edilib: Suriyada Rusiya qoşunlarına çəkilən xərcləri maksimum azaltmaq və döyüş əməliyyatlarını büdcə məhdudiyyətləri nəzərə alaraq aparmaq. “Qruplaşmanı azaltmaq, benzinə qənaət etmək, aviasiyanın ağ neftini qorumaq. Bombalar isə qurtarır”, – Mixail Xodarenok yazıb.  Siyasi müşahidəçi bildirir ki, Rusiya hərbi kontingentinin ilk altı ayda apardığı əməliyyatları müvəffəqiyyətli hesab etmək olar. Hava-kosmik gücləri və Silahlı Qüvvələrin digər növləri Əsədin rəqiblərinə qarşı effektiv raket və artilleriya zərbələri vurdu. Nəticədə, hökumət qoşunları Suriyanın bir neçə rayonunu azad etdi. Amma ilin ikinci yarısında daha əvvəl ələ keçirilmiş mövqelər təslim edildi. “Hazırda ölkənin şərqi praktik olaraq döyüşçülər tərəfindən tutulub. Hələb və Xomsun əhəmiyyətli hissəsi, İdlib və Deyr ez-Zor tamamilə, Dəməşqin cənubu, Livanla sərhəddki bəzi bölgələr və bir sıra başqa rayonlar müxalifətin əlindədir”, – o, qeyd edib. Onun iddiasına görə, müxalifət Hələbdə Türkiyədən fasiləsiz canlı qüvvə, döyüş sursatları, silah və hərbi texnika alır. İdlib əyalətində isə Suriya-Türkiyə sərhədi tamamilə açılıb. Siyasi müşahidəçi hesab edir ki, Əsədin ordusunun sonrakı perspektivləri heç də ümidverici deyil. Onun fikrincə, hazırda ən prinsipial məsələ hərbi hərəkətlərin idarə olunmasının keyfiyyətidir. 2004-cü ildən SSRİ və Rusiyada təhsil alan zabitlər və generallar məqsədyönlü şəkildə Suriya ordusundan kənarlaşdırılıb. Hazırda Suriya ordusunda bu kateqoriyadan olan zabitlər praktik olaraq qalmayıb. Əvəzində Türkiyə, Səudiyyə Ərəbistanı və Qərb təhsili alan zabitlərə üstünlük verildi. Məhz onlar Suriya ordusunun əsas dayağı idilər.  “Nəticədə, bir çox Suriya generalı və zabiti Azad Suriya Ordusunun tərəfinə keçdi. Həm də bu, Bəşər Əsədin zabit korpusunun ən pis hissəsi deyildi. Hazırda Suriyanın Silahlı Qüvvələrinin mərkəzi aparatında Rusiyanın məsləhətçisi yoxdur. Suriya və Rusiya hərbçiləri arasında ünsiyyət lazımı səviyyədə deyil. Və bu qarşılıqlı etibarsızlıq yaradır. Silahlı mübarizənin daha effektiv və səmərəli aparılması üçün birləşmiş qərargahı formalaşdırmaq, ən vacibi isə geniş səlahiyyətlərə malik vahid baş komandanı təyin etmək lazımdır. Həmin şəxs silahlı mübarizənin nəticələrinə görə məsuliyyət daşıyacaq. Qərargah Xmeymim təyyarə bazasında deyil, Suriyanın paytaxtında – Dəməşqdə olmalıdır”, – o, qeyd edir. O, koalisiya qruplaşmasının yaradılmasını təklif edir. Siyasi müşahidəçi bildirir ki, qoşunların koalisiya qruplaşmasının komandanı üçün güclü ümumqoşun ehtiyatına malik olmaq son dərəcə lazımdır. Mixail Xodarenok hesab edir ki, bu rola hamısından yaxşı Çeçenistan lideri Ramzan Kadırovun sayı 10 min nəfərdən az olmayan döyüşçüləri uyğun gələrdi: “Bu birləşmənin cəbhənin bu və ya digər sahəsində meydana çıxması vəziyyəti hökumət qoşunlarının xeyrinə kəskin dəyişməyə kömək edərdi. Əgər Rusiya və Suriya müttəfiqlərdirsə, onda Suriya ordusunda ən əhəmiyyətli vəzifəli şəxslər Moskvanın icazəsi ilə təyin olunmalıdır. Əsədin tərəfdarları, əlbəttə ki, daxili işlərə müdaxilə kimi qiymətləndirərək bunu hiddətlə rədd edə bilərlər. Qoy onda onlar bununla özlərinin sonunu nə qədər yaxınlaşdıracağını müstəqil proqnozlaşdırsınlar”. Siyasi müşahidəçi Suriyada indiki vəziyyətin çıxılmaz olduğunu düşünür. Suriya probleminin hərbi həllinin olmadığını bildirən Mixail Xodarenok müxalifət ilə amerikalıların Suriyanın yeni konstitusiyasının layihəsini hazırladığını, Əsəd və müttəfiqlərin hadisələri qabaqlamaq üçün heç bir iş görmədiklərini qeyd edib.(öublika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler