Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Putin yene yoxa çıxdı

06 Temmuz 2016

5:32 pm


06/07/2016 [21:28]: xeber –
Rusiya Prezidenti Vladimir Putinin ölkə daxilində planlaşdırdığı 3 səfəri qəfildən təxirə salıb.  Bu barədə RBK-ya Kremldəki mənbədən məlumat verilib. Bildirilib ki, Rusiya lideri Altay, Yakutiya və Nijni Novqoroda səfəri planlaşdırılıbmış. Agentliyin məlumatına görə, Putin iyulun 5-də Altay vilayətində Dövlət Şurası rəyasət heyətinin iclasında, iyulun 6-da isə Yakutiyada Ümumrusiya Xalq Cəbhəsi (ONF) regionlararası konfransında iştirak edəcəkdi.   Mənbənin məlumatına görə, Putin bundan başqa Nijni Novqorodda “Akron” şirkətinin istehsalat meydançasının açılışına da qatılacaqdı. Bu tədbir də təxirə salınıb. Bir sıra mətbu orqanları bunu Putinin yenidən yoxa çıxması kimi dəyərləndirib.  Kreml isə Putinin bu gün Sevastopolun qubernatoru Sergey Menyaylo ilə görüşdüyünü bildirib. (axar.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler