Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Putin ve Sarkisyan Moskvada görüşecekler

03 Ağustos 2016

1:04 pm


03/08/2016 [17:01]: xeber –
Ermənistan prezidenti Serj Sarkisyan avqustun 10-da Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edəcək. sayt xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb. “Yükək səviyyədə aparılacaq danışıqların gedişatında siyasi, iqtisadi-ticarət və humanitar sahədə qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi, Avrasiya məkanında inteqrasiya prosesində irəliləyişlərin nəzərdən keçirilməsi planlaşdırılır”, – məlumatda deyilir.     Qeyd edilir ki, danışıqlar zamanı bir sıra aktual beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparılacaq. Xatırladaq ki, avqustun 8-də Bakıda Rusiya, Azərbaycan və İran liderlərinin görüşü keçiriləcək. Bakı görüşünün gedişatında Rusiya prezidentinin Azərbaycan və İran liderləri ilə ikitərəfli danışıqlarının keçirilməsi də planlaşdırılıb. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler