Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Putin tecili iclas keçirib – Fotolar

08 Ağustos 2016

11:44 am


08/08/2016 [15:43]: xeber –
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili iclas keçirib. Bu barədə Rusiya prezidentinin saytında məlumat yayılıb. Məlumata görə, iclasda ölkədə mövcud olan sosial-iqtisadi vəziyyət, eləcə də dövlət başçısının yaxın günlər planlaşdırılmış beynəlxalq görüşləri müzakirə edilib.  Görüşdə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, federal təhlükəsizlik xidmətinin direktoru Aleksandr Bortnikov, xarici kəşfiyyat xidmətinin direktoru Mixail Fradkov iştirak edib. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bu gün Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşündə iştirak edəcək. Bu formatda görüş ilk dəfədir keçirilir. Sammitdə Putinin İlham Əliyev və Həsən Ruhani ilə ikitərəfli görüşləri də baş tutacaq. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler