Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Putin emr verdi: 55 minlik qosun ayaga qalxdi

01 Aralık 2016

2:04 pm

– xeber –
Ukrayna sərhədində irimiqyaslı hərbi təlimlərə start verən Rusiya döyüş gəmilərini Krım sahillərinə göndərib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vlaimir Putinin əmri ilə 55 minlik qoşun Ukrayna sərhədinə yeridilib.
Təlimlərdən sonra hazırda 7500 əsgərin xidmət etdiyi Qərb sərhədlərində hərbçi sayının artırılacağı gözlənilir. Ayrıca, Qara dənizdə olan gəmilərə hər an döyüş hazırlığı göstərişi verilə bilər.
Qeyd edək ki, Moskvanın bu cür kəskin addımlar atmasına səbəb rəsmi Kiyevin Krım yaxınlığında keçirdiyi raket sınağı olub. Kiyev rəhbərliyi atılan raketlərin Krımın hava sahəsindən 30 kilometr aralı keçdiyini açıqlayıb.
Rusiya Ukraynanın keçirdiyi hərbi təlimlərin beynəlxalq hüquqa zidd olduğunu bildirib.
Xatırladaq ki, Rusiya 2014-cü ildə Krım yarımadasını özünə biləşdirib. Ukraynanın şərqində Rusiya meylli qiyamçılarla hökumət qüvvələri arasında təxminən 1 il davam edən qarşıdurmalarda hər iki tərəfdən 10 mindən çox insan həlak olub. ABŞ və Avropa Birliyi Moskvanı Ukraynada qiyamçılara dəstək verməkdə günahlandıraraq iqtisadi və siyasi sanksiyalar tətbiq edib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler