Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Putin çalışacaq ki, bu görüşde de dikte edib…”

Genel 17 Haziran 2016

8:28 pm


18/06/2016 [00:26]: xeber –
İyunun 20-də Sankt-Peterburq şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olacaq. Politoloq Zərdüşt Əlizadə prezidentlərin görüşü barədə sayt-a açıqlamasında bildirdi ki, bu dəfə də həlledici söz Azərbaycan və Ermənistanın deyil, Rusiyanın olacaq:“Peterburqda 3 prezident görüşəcək. Sözsüz ki, onların ən böyüyü Putindir. Rusiya xarici siyasətinin əsas məqsədi münaqişəni dondurub Rusiyanın təsir vasitəsinə çevirməkdir.  Ona görə də həlledici söz Rusiyanın olacaq. Tərəflərin indiyə qədər sərgilədiyi mövqe də onu göstərir ki, nə Azərbaycan, nə də Ermənistan güzəştli sülhə hazır deyil. Sülh danışıqlarının başladılması üçün Ermənistan və Azərbaycanda qarşılıqlı kin, ədavət aradan götürülməlidir. Rusiyaya isə hazırkı status-kvo sərf edir. Ona görə də Putin çalışacaq ki, bu görüşdə də diktə edib tərəfləri mövcud durumun saxlanılmasına razı salsın”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler