Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Putin 20 Yanvar qatilini andi: “O, MDB ile…”

01 Aralık 2016

4:48 am

– xeber –
Biz ümid edirik ki, Böyük Avrasiya Tərəfdaşlığı yaradılacaq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Yevgeni Primakovun şərəfinə təşkil edilən tədbirdə çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin söyləyib. Rus lider çıxışı zamanı əsas hədəf kimi MDB-ni göstərib:
“Yevgeni Primakov həmişə Müstəqil Dövlətlər Birliyindəki tərəfdaşlarımızla sıx əlaqələrin vacibliyini müdafiə edirdi. Onun fikrincə, inteqrasiya artıq yeni şərtlər və yeni şəraitdə baş tutmalı idi. Bu cür yanaşma indi də bizim Avrasiya inteqrasiya siyasətimizin özəyini təşkil edir”.
Qeyd edək ki, məşhur kəşfiyyatçı Primakov SSRİ-nin son illərində ölkənin əsas liderlərindən biri olub. Sonralar o, 1991-1996-cı illərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, 1998-1999-cu illərdə isə Rusiyanın baş naziri vəzifəsini tutub. Primakov 2015-ci ilin iyununda vəfat edib. O, 1990-cı ildə törədilən 20 Yanvar faciəsinin əsas günahkarlarından hesab edilir. Məhz Primakov Rusiyanın Yaxın Şərq siyasətinin əsas qurucularından biri sayılır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler