Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Putin Ərdoğana başsağlığı verdi

29 Haziran 2016

11:32 am


29/06/2016 [15:30]: xeber –
Rusiya
Federasiyasının lideri Vladimir Putin İstanbuldakı  terror hadisələrinə görə Türkiyənin
Prezidenti   Rəcəb Tayyib  Ərdoğana 
zəng edərək bassağlığı verib. Kremldən verilən açıqlamada Rusiya
liderinin  Türkiyə prezidenti  Ərdoğanla telefonla danışdığı bildirilib.

sayt  xəbər verir ki, telefon danışığı zamanı Vladimir
Putin dünən Atatürk hava limanında baş verən terror hadisəsindən çox məyus
olduğunu dilə gətirib, həmkarına başsağlığı verib.

Rusiya Xarici
İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova da Türkiyədə törədilən
terror hadisələrinə münasibət bildirib. O, feysbok səhifəsində verdiyi
açıqlamada terror hadisəsini “şeytani qətliam” adlandırıb. Bu hadisənin iki
dövlətin ortaq dərdi, üzüntüsü olduğunu əlavə edib. M.Zaxarova “ İstanbuldakı
hadisələr terrorizmin milliyyətinin və dininin olmadığını göstərdi. Terrorla
mübarizə aparmaq üçün dövlətlər güclərini birləşdirməlir. Bu günahsız əhalinin yaşama
şansını artıracaq” deyib.

Qeyd edək ki,
Türkiyə Atatürk havalimanında baş verən terror hadisəsinin  İŞİD qruplaşmasının işi olduğunu hesab edir.

 

Kəmalə
Yusifli




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler