Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Putin, Əliyev ve Sarkisyan razılığa geldiler — YENİLƏNİB

20 Haziran 2016

8:08 pm


21/06/2016 [00:05]: xeber –
Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika qatmaq barədə razılığa gəliblər.Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sankt-Peterburqda Vladimir Putin, İlham Əliyev və Serj Sarqsyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini şərh edərkən bildirib.Onun sözlərinə görə, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanma prosesində dayanıqlı inkişafın əldə olunması ilə bağlı üçtərəfli bəyanatı müzakirələr ediblər:“Son günlər Dağlıq Qarabağda atəşkəsə əməl olunur. Dövlət başçılarının görüşündə onları müşayiət edən şəxslər və köməkçilər iştirak etməyiblər”. (oxu.az)***Sankt-Peterburq şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarkisyanın birgə işçi naharı olub.***Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü başlayıb.Görüş Peterburqun Konstantinov Sarayında keçirilir.Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.Bundan əvvəl isə V. Putin Azərbaycan və Ermənistan rəhbərləri ilə ayrılıqda görüşlər keçirib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler