Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Pulu elinden alınan çox memur var ki, danışmağa qorxur”

09 Eylül 2016

12:48 pm


09/09/2016 [16:44]: xeber –
“MTN rəhbərliyi tərəfindən pulu əlindən alınan çox məmur var ki,
danışmağa qorxur. Onlar qorxurlar ki, istintaq MTN rəhbərliyinə verdikləri
pulların mənbəyini soruşar və beləliklə də, onların özləri qanunsuz yolla külli
miqdarda vəsait əldə etdikləri üçün cəzalanarlar”.

Bunu sayt-a açıqlamasında tanınmış hüquqşünas Əyyub Kərimov
bildirib. Onun sözlərinə görə, bu gün bəzi məmurların sabiq MTN rəhbərliyindən
şikayət etməməsi məhz bununla bağlıdır:

“Çox güman ki, sabiq MTN rəhbərliyinə pul verən məmurların sayı bunu
etiraf edən məmurlardan çoxdur. Sadəcə olaraq, onlar indiki vəziyyətdə bu barədə
şikayətlərini dilə gətirmək istəmirlər. Qorxurlar ki, bu şikayət onların özünün
məsuliyyətə cəlb edilməsinə səbəb olar. Odur ki, onlar şikayət etməkdənsə
susmağa üstünlük verirlər. Bəziləri isə mətbuatda MTN rəhbərliyinə pul verməkləri
ilə bağlı məlumatları israrla təkzib edir, kimsəyə pul vermədiklərini söyləyirlər.

Əslində bu tendensiya sovet dönəmində də mövcud idi. O zaman da idarə
müdirlərinin, kolxoz sədrlərinin evlərindən pul oğurlananda, onlar istintaqa
evdən cəmi 100-200 manat pul oğurlandğını bildirirdi. Halbuki evdən 10-20 min və
ya daha çox pul oğurlanırdı. Sadəcə, onlar oğurlana pulun həiqi məbləğini deməyə
qorxurdular. Bilirdilər ki, belə olarsa, o zaman onlardan bu pulu necə əldə
etdiklərini soruaşacaqlar. Sovet dönəmində mənim iştirak etdiyim elə məhkəmə
prosesləri olub ki, oğru girdiyi evdən 100 deyil, 10 min manat apardığını
etiraf edib. Bildirib ki, o, bu pulu öz əyləncəsinə xərcləyib və öz cəzasını çəkməyə
hazırdır. Elə oğru olub ki, məhkəmə zamanı evindən çox pul aparıldığını inkar
edən idarə müdirini yalançı adlandırıb və

və bildirib ki, mən oğurluq etdiyim üçün cəzamı alacam, amma siz izah
edin görək o qədər pulu necə əldə etmisiniz?

Bu gün “MTN işi” ilə bağlı müşahidə edilən mənzərə də sovet dönəminə
məxsus bu tendensiyanı yada salır”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler