Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Pul yoxdur…Dözürük…Kefimiz pisdir…”- Dmitri Medvedevi ele saldılar

07 Eylül 2016

1:08 pm


07/09/2016 [17:05]: xeber –
Rusiyanın Buryatiya Respublikasında səfərdə olan baş nazir Dmitri Medvedevi sakinlər özünəməxsus etiraz formasıyla qarşılayıblar.  sayt -ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, paytaxt Ulan-Udedə sahibkarlarla görüşə gedərkən hökumət başçısının addımladığı yolun kənarında iki sakin əllərində müxtəlif  plakatlar tutub. Onlardan birində bu sözlər açıq-aydın oxunub: “Pul yoxdur. Dözürük. Əhvalımız pisdir…”  Yerli “Ariqus” telekanalı xəbər verir ki, piketçilər həmin plakatlar vasitəsilə Medvedevin müxtəlif vaxtlardakı çıxışlarına istehza ediblər. Məsələn, bu ilin mayında Krımda pensiyaların indeksasiya edilməsi barədəki sualı baş nazir belə cavablandırmışdı: “Sadəcə, indi pul yoxdur. Pul taparıq, indeksasiya edərik. Siz burada dözün. Sizə xoş əhvali-ruhiyyə, cansağlığı arzulayıram”… Məlumata görə,  D.Medvedev sahibkarlarla tədbirin keçiriləcəyi Buryatiya Dövlət Universitetinin binasına daxil olan kimi sözügedən piketçilər həbs edilib. Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler