Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prostat xerçenginin qenimi – Nar qabığı…

24 Ekim 2016

7:44 am


24/10/2016 [11:43]: xeber –
Payız mövsümünün simvolik meyvəsi nardır. Narı xoşlamayan az adam tapılar. Hər kəs narın dənələrin yeyir, amma onun qabığının hansı keyfiyyətə malik olduğunu ehtimal ki, bilmir. sayt nar qabığının araşdırmalar nəticəsində nəyə qadir olduğunu oxucuların nəzərinə çatdırır. Narın qabığında olan ellagik turşu antioksidan, anti-mutajen və anti-xərçəng xüsusiyyətlərə malikdir. Aparılan araşdırmalar nəticəsində nar qabığındakı bu antioksidan döş, yemək borusu, dəri, bağırsaq, prostat və pankreas xərçənglərində anti-xərçəng xüsusiyyətini göstərib. Xüsusilə möcüzəvi təsirlərinə görə nar qabığını prostat xərçənginin qənimi də adlandırmaq olar. Çünki elmi araşdırmalar planetin kişilərinin az qala yarısının qorxunc röyasına çevrilmiş bu bəlanı nar qabığı ilə müalicə etməyin mümkünlüyündən yəqin ki, çoxları xəbərsizdirlər…Ellagik turşu xərçəngə səbəb olan molekullara bağlanaraq onları zərərsizləşdirir. Bəs, nar qabıqlarını necə istifadə etməlisiniz? Kölgədə və ya maksimum 40-50 dərəcə temperaturda qurudub, sərin bir yerdə saxlayın. Daha sonra 100 qram qaynamış suya 2 qram nar qabığı ataraq, təxminən 10 dəqiqə qaynadıb suyunu dərhal hər gün çay kimi için. Beləcə başda xərçəng, ürək və şəkər xəstəlikləri olmaqla bir çox xəstəlikdən özünüzü qorumuş olacaqsınız. Ümumiyyətlə, bütün meyvələrdə olduğu kimi narın da ən qiymətli yeri qabığıdır. Dərman niyyəti ilə içilən nar suyundan artıq qalan qabıqları da əsla atmayın.Mehman Nəbiyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler