Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Prokurorluq haqqında” qanun deyişdi –Ferman

21 Ekim 2016

1:04 pm


21/10/2016 [17:03]: xeber –
Prezident İlham Əliyev “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.sayt xəbər verir ki, fərmana əsasən, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 284-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar aşağıdakı qərar verilib:”Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 712; 2014, № 7, maddə 817) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:1. İkinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin.2. Üçüncü və dördüncü abzaslar müvafiq olaraq dördüncü və beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:”həmin Qanunun 20-ci maddəsinin altıncı hissəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının prezidenti nəzərdə tutulur;”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler