Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prokurorluğun cinayet işi açdığı “Gülençiler” kimdir? -Tapana hediyye verilecek

16 Ağustos 2016

3:04 pm


16/08/2016 [19:00]: xeber –
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov az əvvəl mətbuata açıqlamasında Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlandığını bəyan edib.Prokurorluq sözçüsü bu fikirləri səsləndirsə də konkret ad və faktlar göstərməkdən imtina edib. Bəs görəsən, Eldar Sultanovun dediyi cinayət işində kimlərin adı keçir və onlar hansı cinayətlərdə ittiham olunur? Cinayət təqibi başladılan şəxslər haqqında məlumat verməyən E. Sultanov bunu istintaq sirri adlandırıb: “Əgər məsləhət olsaydı, Cinayət Məcəlləsinin müvafiq maddələrinin adını yazardıq. Deməli, hələki bu məqsədəuyğun deyil”.Siyahıda ictimai əhəmiyyət kəsb edən tanınmışlardan kimlərin adının olmasına gəlincə, E.Sultanov qeyd edib ki, bu istintaq sirridir: “Bu haqda məlumatsızam. Əgər kiminsə belə şəxslər haqqında məlumatı varsa, onların adlarını deməklə istintaqa yardım etmiş olacaq. Belə şəxslərə hədiyyədə veriləcək”-, deyə o, yarızarafat- yarıgerçək vurğulayıb.(Gununsesi.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler