Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Professordan ders günlerinin deyişdirilmesi teklifine – SƏRT ETİRAZ

24 Eylül 2016

1:12 pm


24/09/2016 [17:10]: xeber –
 Təhil eksperti Kamran Əsədov şagirdlərin dərs və istirahət günləri ilə bağlı maraqlı təklif verib. Ekspert təklif edib ki, təhsil müəssisələrini ümumi iş həftəsindən ayırmaq lazımdır: “Məktəbdə dərsləri üç gün etmək lazımdır. 3 gün dərs, bir gün istirahət. Təhsil müəssisələrini ümumi iş həftəsindən ayırmaq lazımdır. Çünki, şagird və tələbələr üç gündən sonra yorulur. Təhsilin daha effektiv olması üçün bunu həyata keçirmək lazımdır”.sayt Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevdən bu təklifə münasibət öyrənib.Əjdər Ağayevin təhsil ekspertinin bu təklifənə reaksiyası çox sərt olub:“Bu təklif tamamilə yalnış yanaşmadır. Təklifi verən adamların nə tədris planından xəbəri yoxdur, nə pedaqoji prosesdən, nə də təhsil işinin təşklindən. Pedaqoji proses, dərs cədvəli, saatların təşkili və digər məsələlər kiminsə istəyi ilə yaranmır, elmi əsasla müəyyənləşdirilir. Tədris planında neçə fən varsa, həmin fənlər günlərə görə bölünür və hər gündə də ən azı 3 qoşa saat dərs olmalıdır. Müxtəlif metod və formalardan istifadə etməklə şagirdin yorğunluğunu da çıxarmaq, bacarığını da formalaşdırmaq olar.İstirahət gününü də ləğv etmək olmaz, heç kimin buna ixtiyarı yoxdur. Bu, sırf sosial mahiyyətli dövlət işidir.Çox istərdim ki, təhsil elmindən, məktəb təcrübəsindən xəbəri olmayan və yaxud da haradasa müəllim işləyir, bu işlərin təqqiqatçısı deyillərsə, bu işlərə girişməsinlər, təklif verməsinlər. Məktəb özü bu işi daha yaxşı bilir. Bununla bağlı təklif verənləri də qınamıram, düşündüklərini deyirlər. Amma bunun üçün mütləq elmi mükəmməl bilmək lazımdır”. Əjdər Ağayev şagirdlərin üç gündən sonra yorulması məsələsinə də münasibət bildirib: “Şagirdlərin üç gündən sonra yorulmaması üçün digər üsullardan istifadə etmək olar. Bunun üçün tədris effektli qurulmalıdır, mövcud metodlardan istifadə olunmalıdır. Bu üsulları müəllimlər tətbiq etməlidir ki, şagirdlər də, müəllim özü də yorulmasın. Mən 50 il orta məktəbdə işləmişəm, 15 il orta məktəbdə, 35 il ali məktəbdə. İndiyə qədər heç bir tələbəm yoruldum deməyib. İki gün bundan qabaq I kursun dərsinə girdim, dərsimiz o qədər maraqlı keçdi ki, tənəffüsün belə nə zaman keçdiyini anlamadıq. Bu sahədə hər şey müəllimin ustalığından asılıdır”. Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler