Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Professor Cefer Ceferov Rektoryanı Şuranın genişlendirilmiş iclasını keçirib

20 Temmuz 2016
1:12 pm


20/07/2016 [17:09]: xeber –
İyul ayının 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın genişləndirilmiş iclasını keçirib. Rektoryanı Şuranın iclasında ADPU-nun prorektorları, fakültə dekanları, və kafedra müdirləri iştirak ediblər.ADPU–nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını giriş sözü ilə açaraq bildirib ki, iclasın keçirilməsində məqsəd yeni tədris ilinə hazırlıqla bağlı qarşıda duran vəzifələri müəyyən etməkdir. Rektor Cəfər Cəfərov qeyd edib ki, belə toplantılar bizim vahid strategiyamızın müəyyənləşməsində mühüm rol oynayır. Bizim strateji hədəfimiz isə universitetdə şəffaf və obyektiv təhsil mühiti yaratmaq, tədrisin keyfiyyətini yüksəltmək, idarəetmənin daha çevik və səmərəli formalarını tətbiq etmək, bir sözlə, müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməkdir.Tədris işləri üzrə prorektor, professor Malik Cəbrayılov 2016-2017-ci tədris ili başlayanadək və eləcə də yeni tədris ilinin əvvəlində fakültələr qarşısında duran vəzifələrdən danışaraq bildirib ki, yay semestrində tələbə və müəllimlərin dərsə davamiyyətinə ciddi nəzarət edilməli, imtahan sualları tələbələrə vaxtında çatdırılmalı, fənnlər üzrə testlərin “İKT, Qiymətləndirmə və Monitorinq Mərkəzi”nin test bazasında yerləşdirilməsini dəqiqləşdirməli, imtahanqabağı ballar hesablanmalı və adıçəkilən Mərkəzə verilməli, imtahanın nəticələri tələbələrin şəxsi işinə qeyd edilməlidir. Yaz və yay imtahan sessiyalarında üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbələrin fərdi planları, fakültə üzrə dərs cədvəlləri tərtib və təsdiq edilməli, yeni qəbul olan tələbələrə kredit sisteminin Əsasnaməsi və digər məlumatlar çatdırılmalı, auditoriyaların dərsə hazırlıq vəziyyəti yoxlanılıb Rektorluğa məlumat verilməli, yeni qəbul olan tələbələrin qeydiyyatı aparılmalı, I tədris ilinin tələbələrinin və onların valideynlərinin universitetdə 15 Sentyabr-Bilik Günündə iştirakını təmin etməli, birləşmə və qrupları, qruplarda tələbələrin siyahısını dəqiqləşdirməli, I tədris ilinə qəbul olan tələbələrdən qəbul imtahanındaən yüksək nəticə göstərənlər sinif nümayəndələri təyin edilməli, əyani və qiyabi şöbələr üzrə kredit borcu olan tələbələrin alt qruplarda və ya müstəqil qruplarda dərs dinləmələri üçün təqdimatlar verilməlidir. Fakültələr həmçinin Təqaüd Komissiyasının yaradılması və qrup nümayəndələrin təyin edilməsi ilə bağlı, eləcə də I tədris ilinə qəbul olan tələbələrlə bağlı təqdimat verməli və onların öyrəndikləri xarici dilləri nəzərə almaqla müvafiq qruplara ayırmalı, müvəffəq qiymət alanların təqaüd almaları, xəstəliyi və ya kredit borcu ilə əlaqədar dövlət imtahanında iştirak etməyən və təhsil haqqından azad olunan tələbələrlə bağlı təqdimatlar verməlidirlər.Kafedralarda isə yeni tədris ili başlayanadək fakültənin dərs cədvəli ilə uyğun gəlmək şərtilə fənnlər üzrə dərs cədvəlləri tərtib edilməli, yeni tədris ilində qəbul planının dolması ilə bağlı dərs yükündə dəyişikliklər edilməli, sillabuslar yazılaraq təsdiq olunmalı, açıq dərslərin qrafiki tərtib edilməli, tələbələrin müstəqil işlərinin cədvəli müəyyənləşdirilməlidir.ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov iclasda çıxış edərək Təhsil naziri cənab Mikayıl Cabbarovun “Təhsil müəssilərində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi haqqında” 5 iyul 2016-cı il tarixli 464 nömrəli əmrindən irəli gələn vəzifələri diqqətə çatdırıb. Prorektor Asəf Zamanov bildirib ki, Təhsil nazirinin bu əmrinə uyğun olaraq ADPU-nun rektoru, professor Cəfər Cəfərov müvafiq əmr imzalayıb. Həmin əmrdə göstərilir ki, ADPU-nun struktur bölmələrində hazırlanan tədris vəsaitlərinə (dərslik, dərs vəsaiti, metodik vəsait, tədris proqramı və s.) və elmi əsərlərə (elmi məqalə, dissertasiya işləri, monoqrafiya və s.) rəylərin hazırlanmasına tələblər gücləndirilməli, Elm və innovasiyalar şöbəsi Tədris-metodika şöbəsi ilə birgə tədbirlər planı, həmçinin təkliflər hazırlayıb rəhbərliyə təqdim etməli, qrif almaq üçün rəhbərliyə təqdim olunan tədris vəsaitlərinin və elmi əsərlərin formal müzakirələrinin qarşısı alınmalı, plagiat faktının təsdiqləndiyi bütün tədris vəsaitləri və elmi əsərlər tədris prosesindən, kitabxanalardan və satışdan çıxarılmalı, müəlliflərinin əmək müqavilələrinə xitam verilməlidir. Əmrdə eyni zamanda tədris və elmi işlər üzrə prorektorların müvafiq təkliflər hazırlayıbmütəmadi olaraq Rektora təqdim etmələri və bu əmrin icrası ilə əlaqədar məsələlərin həllinin müvafiq struktur bölmələrinə tapşırılması öz əksini tapıb. Professor Asəf Zamanov çıxışı zamanı bildirib ki, son vaxtlar ADPU-da beynəlxalq konfransların yüksək səviyyədə keçirilməsi üçün ciddi addımlar atılır. Belə ki, ADPU-nun və Özbəkistan Dünya Dilləri Universitetinin birgə təşkilatçılığı ilə “Xarici dillərin tədrisinin müasir problemləri” beynəlxalq elmi-praktik konfransın, həmçinin Birinci Türkoloji Qurultayın 90 illik yubileyi ilə əlaqədar beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Professor A.Zamanov çıxışında həm də testlərin keyfiyyətinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.ADPU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev iclasda çıxış edərək cari tədris ilində universitetə qəbul olan I tədris ili tələbələrinin qeydiyyatdan keçmələri ilə bağlı Sənəd Qəbulu Komissiyasının qarşısında dayanan vəzifələr və yeni tədris ili ərəfəsində görüləcək işlərdən danışıb. Prorektor F.Rzayev bildirib ki, sentyabr ayının 14-də bütün fakültələrdə I tədris ili tələbələri ilə tanışlıq görüşü keçiriləcək, onlara fakültənin strukturu, fəaliyyəti, tədris prosesi, dərs cədvəli, imtahan qaydaları haqqında məlumat veriləcək.ADPU-nun Tədris-metodika şöbəsinin müdiri, dosent Sənan Əliyev kafedraların və fakültələrin işinin təşkili və inkişaf etdirilməsi üçün təkliflərlə çıxış edib. Həmin təkliflərdə institusionallaşma, kafedra və fakültələrin əsasnamələrinin, iş planlarının hazırlanması və təsdiq edilməsi, kafedra və fakültələrin pasportunun hazırlanması, ayrı-ayrı ixtisaslarda tədrisin modul sistemi üzrə qurulması, professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bütün ixtisasların beynəlxalq akkreditasiyası, beynəlxalq tələbə mübadilə proqramlarında iştirakı, kafedra və fakültələrin konkret hədəfləri və gələcək inkişaf perspektivləri ilə bağlı mühüm məqamlar öz əksini tapıb.ADPU–nun rektoru, professor Cəfər Cəfərov iclasa yekun vuraraq bildirib ki, fakültə dekanlarına, kafedra müdirlərinə, struktur bölmələrinin rəhbərlərinə geniş səlahiyyətlərin verilməsi həm də onların üzərinə böyük məsuliyyət qoyur. Universitetdə tələbə-gənclərə qayğı və diqqət göstərilməli, vətəndaşların qəbulu zamanı subordinasiya gözlənilməlidir. Biz ölkə rəhbərliyinin bizim qarşımızdaqoyduğu vəzifələri uğurla həyata keçirməli, pedaqoji təhsili yeni formada təqdim etməliyik. Qarşımıza qoyduğumuz böyük hədəflərə çatmaq üçün hər birimiz öz fərdi məsuliyyətimizi dərindən anlamalı, nizam-intizamlı və təşəbbüskar olmalı, ADPU-nun əmlakını qorumalı, maliyyə vəsaiti itkisinə yol verməməli, bir sözlə, xalq, Vətən, dövlət üçün əzmlə çalışmalıyıq. İnanıram ki, biz birlikdə bu vəzifələrin öhdəsindən layiqincə gələcəyik.ADPU-nun Mətbuat və informasiya şöbəsi




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler