Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Professor adına layiqsiniz”

01 Kasım 2016

6:20 pm


01/11/2016 [22:19]: xeber –
Bir dəfə gənc dostumuz  doktorluq dissertasiyasını müdafiə etməsi münasibətilə bizə ziyafət verirdi. Dostumuz gənc olmasına baxmayaraq ölkədə öz sahəsi üzrə tanınmış mütəxəssisdir və ekspert kimi tez-tez ona müraciət edirlər. Ziyafətə dəvət olunan yazıçı dostumuz elə orda bildi ki, məclis hansı münasibətlə təşkil olunub. Ayağa qalxıb: “Qardaş, düzdü sən 30 yaşı təzə keçmisən, amma bu qədər tanınmış adamsan, vallah mən elə bilirdim ki, bu ağılın sahibi  yəqin çoxdan doktorluq da müdafiə edib, professordu”. İndi biləndə ki, sayt saytının cəmi 4 yaşı var, yazıçı dostum kimi təəccüb etdim. Elektron jurnalistikanın  həyatımıza daxil olma tarixi çox olmasa da sayt saytının bu qədər az yaşı olduğunu təsəvvür etməzdim. sayt-dan aldığımız informasiyalar, təhlillər, bədii nümunələr-bir sözlə müasir jurnalistikanın intellektual tələblərini özündə cəmləşdirmək üçün  4 yaş azdır. Amma saytın jurnalist heyəti, başda hörmətli Zülfüqar Hüseynzadə olmaqla buna nail olublar.4 yaşlı professor-saytı ürəkdən təbrik edir və cəmiyyətimizi narahat edən problemlərin işıqlandırılması istiqamətində daha çox çalışmalarını, jurnalist araşdırmalarına çox yer vermələrini arzu edirəm.İlham İsmayıl 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler