Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Problemli kreditlerin hecmi 30%-i keçib

05 Temmuz 2016

8:56 am


05/07/2016 [12:54]: xeber –
İnvestorlar Azərbaycanda fəaliyyət göstərən BOKT-lara vəsait verməyə çəkinir.Kreditlərin qaytarılmasında yaranmış problemlər Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarını (BOKT-lar) çətin vəziyyətə salıb.sayt xəbər verir ki, bunu www.fins.az-a açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib.Onun sözlərinə görə, hazırda BOKT-lar kreditlərin geri qaytarılmaması riski ilə üz-üzə qalıblar:“Mikromaliyyə qurumlarının kredit portfeli təqribən 650 milyon dollar təşkil edir. Ötən illə müqayisədə kredit portfeli təqribən 2 dəfə azalıb. Amma hətta bu azalmadan sonra da kreditlərin qaytarılmasında ciddi çətinliklər var. İndi mikrokreditlərin tərkibində problemli hissənin payı 30%-i keçib”. İcraçı direktorun fikrincə, kreditlərin qaytarılmasındakı gecikmənin əsas səbəbi əhalinin ödəmə qabiliyyətinin pisləşməsidir ki, buna da mövcud makroiqtisadi vəziyyət təsir edir. BOKT-ların xarici investorlarla da münasibətlərini gərginləşdirib:“Xarici tərəfdaşlar tərəfindən monitorinqlər daha sərt keçirilir, daha təfərrüatlı və dərin hesabatlar istənilir. Bu da onların fəaliyyətində müəyyən çətinliklər yaradır. Hazırda investorlar tərəfindən ikinci maliyyələşmənin aparılması xeyli çətinləşib. Hələlik xarici investorlar vəsait ayırmırlar, bu proses dayanıb, bunun hansı müddətə dayandırılması hələlik məlum deyil”. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler