Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Problemimizle maraqlanan yoxdu” – “Xezer LTD” – nin işçileri feryad edir…

22 Eylül 2016

5:24 pm


22/09/2016 [21:22]: xeber –
Bir neçə ay öncə “Xəzər LTD” – nin işçilərinin şirkətdən əmək haqlarını ala bilməmələri barədə xəbər vermişdik. Belə ki, 2009-cu ilin noyabr ayından, 2013-cü ilin dekabr ayının 31-dək Xəzər LTD-də çalışmış bir qrup vətəndaş indiyə kimi şirkət rəhbərindən işlədikləri pulu ala bilmirlər.Şirkət rəhbəri Elman Abbasovun “Azəriqaz”la müqaviləsi əsasında Xəzər, Hacıqabul, İsmayıllı və Abşeron rayonlarında qaz xətləri çəkən vətəndaşların şirkət rəhbərindən külli – miqdarda alacaqları var.Pullarını ala bilməyən sakinlər ölkə başçısına və hüquq – mühafizə orqanlarına şikayət ediblər. Bundan sonra 15 – ci polis bölməsində dəvət edilən işçilərin izahatları da alınıb. Amma bütün bunlara baxmayaraq işçilər iyul ayından bu yana heç bir tədbir görülmədiyini deyirlər. sayt – a danışan şirkətin işçisi Fuad İbrahimov indiyə kimi onların pullarının ödənilmədiyini deyir. Saytın əməkdaşı artıq problemi araşdırmağa başlayıb. Bu yaxında şirkət rəhbəri Elman Abbasovun da açıqlamasını təqdim edəcəyik.Şirkət rəhbərinin borclu olduğu işçilərin siyahısı isə belədir:Bərdə rayon sakini Hüseynov Ramiz Alış oğlu. (42500 manat borc)Qobustan rayon sakini İbrahimov Bəhmən Mehralı oğlu. (6200 manat borc)Bərdə rayon sakini Həsənov Faiq Yadigar oğlu. (32000 manat borc)Mehdiabad qəsəbə sakini Məmmədov Vasif Vaqif oğlu. (8600 manat borc)Bakı şəhər Buzovna qəsəbə sakini Yunusov Babək Balabəy oğlu. (38000 manat borc)Sabunçu rayon Kürdəxanı qəsəbə sakini İbrahimov Fuad Qurban oğlu. (10500 manat borc)Sabunçu rayon Ramana qəsəbəsi sakini Mirəzyev Əfsəl Aslan oğlu. (3500 manat borc)Bakı şəhər A.Zeynallı küçəsi sakini Ələkbərov Gəray Xəqani oğlu. (5800 manat borc)Vasif Əlihüseyn


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler