Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Problem Vergiler Nazirliyinden yox, Ədliyye Nazirliyinden qaynaqlana biler” – EKSPERT

28 Ekim 2016

12:08 pm


28/10/2016 [16:04]: xeber –
Konstitusiyamızın 28- ci maddəsinin III və IV hissəsində azadlıq hüququnun həyata keçirilməsinə aid edilmiş müddəada ölkə ərazisində vətəndaşların ( hər kəsin) sərbəst hərəkəti ilə yanaşı ölkə ərazisindən kənara getmək və maneəsiz qayıtmaq hüququ təsbit edilmişdir. Bu hüquqların yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müvəqqəti məhdudlaşdırılması qanunauyğun ola bilər”. sayt xəbər verir ki, bunu iqtisadçı ekspert Elçin Qurbanov bəzi iş adamlarının ölkədən çıxmasına qoyulmuş qadağanı şərh edərkən bildirib. Xatırladaq ki, mətbuat orqanlarında bəzi iş adamlarına xəbər verilmədən ölkədən çıxmalarına “STOP” qoyulmasıyla bağlı yazılar dərc olunur. Bildirilir ki, nəticədə onlar xeyli zərərə uğrayırlar. Elçin Qurbanovun fikrincə, iş adamlarının ölkədən çıxışına qoyulmuş “STOP” aktının hüquq presedenti fonunda müxtəlif sahələri əhatə edən ictimai münasibətlərə tətbiqi geniş təşəkkül tapmaqdadır: “Hüququn əlamətlərini normativlik, sistemlilik, rəsmilik ,ədalətlilik və obyektivlik kimi xüsusiyyətləri özündə təcəssüm etdirməyən heç bir normativ sənəd qanuni sayıla bilməz. Əks təqdirdə hüquqi deyil, cəmiyyətdə qəbul edilmiş siyasi doktrinaların mahiyyəti kimi xarakterizə oluna bilər”. Açıqlamasında klassik fəlsəfə məktəbinin mükafat və cəzaya sosial normaların əsası kimi baxdığını xatırladan Elçin Qurbanova görə, insanların hər hansı məqsədlə bağlı ölkə ərazisinindən kənara çıxmasına qoyulan qadağadan xəbərsiz olmasını Vergilər Nazirliyinin deyil, Ədliyyə Nazirliyinin qeyri-qənaətbəxş fəaliyyəti ilə əlaqələndirmək olar: “Mən daha öncə də demişəm ki, elektron hökumət sisteminin ən qabaqcıl və nümunəvi təşkilatçısı Vergilər Nazirliyidir. Vergilər Nazirliyi öz fəaliyyətində kreativliyi ilə daim seçilir. Ən mükəmməl elektron hökumət portalı vergilər nazirliyinə məxsusdur. Vergi borcları ilə əlaqədar verilən STOP qərarları isə daim Vergilər Nazirliyinin rəsmi saytında yenilənir. Ona görə də vergi borclarına görə ölkədən çıxış məhdudiyyətlərinin tətbiqində anlaşılmazlıq olmamalıdır. Bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə subyektiv anlam daşıyır. Fikrimcə, hər kiçik problemə görə belə basqı məqsədyönlü ola bilməz. Ölkəni müvəqqəti tərk etməklə sahibkar və ya başqa borclu şəxs öhdəlikdən yayınmır . Heç kim hər hansı xırda borca görə sahibkarlıq subyektini, iş yerini, mülkiyyətini, ailəsini yaxınlarını tərk etməz. Xarici səfər sahibkarlıq fəaliyyəti ilə və ya vətəndaşın səhhəti ilə bilavasitə bağlı ola bilər. Məhdudiyyət davamlı iqtisadi faəliyyətlə bağlıdırsa, şərait yaratmaq lazımdır ki, borclu qazanc əldə edib borcunu ödəyə bilsin, nəinki borcun ödənilməsini əmlaka yönləndirilməklə müflisləşməyə və həyat səviyyəsinin pisləşməsinə yol açsın”. Xarici təcrübəyə istinad edən ekspert inkişaf etmiş ölkələrdə borclunun borcunu həqiqətən də ödəyə bilməməsi halında, dövlət sahibkarın müflisləşməməsi və fəaliyyətini dayandırmaması üçün yardım təklif etdiyini xatırlatdı: “Bu ölkələrdə borclar üzrə öhdəliklərin yerinə yetirilməsi hissə-hissə gələcək dövrlərə ötürülür. Bunlar real iqtisadi faktorlar əsasında müəyyən olunur. Adətən çıxışa qadağalar daha çox xarici vətəndaşlara və xarici hüquqi şəxslərin rəhbərlərinə tətbiq olunur. Yəni ölkəylə siyasi, hüquqi, mənəvi bağlılığı , habelə mənafelərin mənbəyi kimi asılı olamayan şəxslərə tətbiq olunur”. Vətəndaşın sərbəst hərəkətinin ölkə ərazisi ilə məhdudlaşdırılmasının müsbət heç nə verə bilməyəcəyinə inanan Elçin Qurbanovun fikrincə, əgər vətəndaşın real iqtisadi vəziyyəti borcunu ödəməyə imkan vermirsə qadağalar heç nəyi dəyişmir: “Əksinə, intihara cəhd etmə vəziyyətinə çatdırma kimi nəticələrə və psixoloji sarsıntılara səbəb ola bilər. Bəzən isə bunun tam əksi olur, vergi ödəyicisi qanunla müəyyən edilmiş vergiləri ödəməkdən şüurlu şəkildə, heç bir üzrlü səbəb olmadan yayınır. Belə hallar da az deyil. Bu isə hələ də vergi mədəniyyətinin , yəni vergiləri ödəmə və vergitutma mədəniyyətinin lazımi səviyyədə təşəkkül tapmamasından irəli gəlir. Bu problem ümumi vətəndaş problemlərindəndir. Çünki vergi ödəmə mədəniyyəti də, vergitutma mədəniyyəti də Azərbaycan Respublikasının vətəndaşlarına aiddir. Amma bütün hallarda vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Ona görə də dövlət real vəziyyəti düzgün qiymətləndirməli, bu məsələdə obyektivlik və ədalətlilik mövqeyi nümayiş etdirməlidir. Ümumi və ifrat inzibati mühit yarandığı halda heç kəs razı qala bilməz”. Ölkədən çıxışla bağlı “STOP” aktının hüquqi əsası barədə də danışan ekspert problemin çox dərin detalları olduğunu bildirdi: “Normativ nəzəriyyəyə görə , hüququ dövlət müəyyən edir və hüquq normalarının dəyişməsi dövlətdən asılıdır. Dediyiniz hüquqi əsasın olub olmamasından asılı olmayaraq, dövlət normalar müəyyən edə bilir və dövlətin iradəsi ilə qoyulan qanunlar məcburi xarakter daşıyır. Hüquq dövlətlə bağlıdır və sosial–iqtisadi faktorlara uyğun olaraq müəyyən edilir. Hansısa sosial normanın hüquq norması olub olmaması hüququn ümumi ideya və prinsipləri ilə aydınlaşdırılır. Məsələn, götürək, hüquqi prinsiplərdən ən başlıcası olan ədalət anlayışını. Normalar cəmiyyətdə ədalət yaratmırsa və yaxud ədalətin bərpasını ifadə etmirsə, legitim sayıla bilməz. Təbii hüquq nəzəriyyəsinə görə insanın təbii hüquqlarına zidd olan normalar hüquq normaları kimi qəbul edilmir. Hüquq öz mənbəyini Tanrıdan və təbiətdən alır. Bura varlığın insan olduğundan irəli gələn azadlıq, yaşamaq, mülkiyyət, bərabərlik v. s. hüquqlar aiddir. Yuxarıda qeyd etdiyim kimi, təbii hüquqlara zidd normalar hüquq norması ola bilməz. Hərəkətin məhdudiyyəti isə təbii hüquq normalarına aiddir. Amma belə məhdudiyyət tam deyil, qismən məhdudlaşdırılma sayılır. Nə olursa olsun, hüquq normaları siyasi və konfesional xarakter daşımamalıdır. Sonda isə yenə də problemin mənbəyini özümüzdə axtarmalıyıq. Psixoloji nəzəriyyəyə görə, hüquq insanların psixoloji keyfiyyətlərinə, istəklərinə, hisslərinə uyğun yaranır. Hər bir dövlətin qanunları da orada yaşayan insanların psixologiyasından asılıdır və tələbatlara uyğun qəbul edilir. Deməli, kobud ifadə etsək, layiq olduğumuz həyatı yaşayırıq. Əksəriyyətin əməlləri sözü ilə uyuşmur. Yaltaqlıq, rəzalət və saxtakarlıq ədalət və firəvanlıq yarada bilməz. İnsanların çoxu hələ də iyrənc vərdişlərindən əl çəkə bilmirlər. İş görmək əvəzinə ifrat məddahlıqla məşğul olurlar. Saxtakarlıqda canla başla iştirak edirlər. Budur bizim ən böyük problemimiz! Belə hüquq sistemi bizim əynimizə biçilib, narazılıq etmək yersizdir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler