Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Prezidentlerin iyun görüşünü son diplomatik cehd kimi qiymetlendirmek sehvdir”

Genel 17 Haziran 2016

1:24 pm


17/06/2016 [17:23]: xeber –
Azərbaycan
və Ermənistan prezidentlərinin 20 iyun tarixində Sankt-Peterburqda keçiriləcək
görüşü bəzi siyasilər tərəfindən Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində
atılan son addım, son cəhd kimi dəyərləndirilir. Bəzi politoloqlar hesab edir
ki, əgər bu cəhd də nəticə verməzsə, o zaman Qarabağda iriqmiyaslı müharibənin
reallaşması qaçılmaz olacaq.

Maraqlıdır,
20 iyun görüşü həqiqətənmi problemi sülh yolu ilə həllində son cəhddir? Doğrudanmı
bu cəhdin səmərəsiz başa çatması müharibəyə yaşıl işıq yandıracaq?

Məsələ
ilə bağlı sayt-a açıqlama verən məşhur beynəlxalq şərhçi Mirzə Xəzər iyun
görüşünün konfiliktin həllində son cəhd olmayacağını vurğulayıb:

“Yox,
prezidentlərin iyun görüşünü son diplomatik cəhd kimi qiymətləndirmək səhvdir. Və
bundan sonra təmas xəttində irimiqyaslı müharibənin başlanacağını iddia etmək,
mənim fikrimcə, yanlışdır. Aprel döyüşləri münaqişə zonasında bəlkə də sonuncu
ciddi döyüş əməliyyatı kimi yaddaşda qalacaq. Bunun obyektiv səbəbləri vardır.
Məlumdur ki, Azərbaycan rəhbərliyi məhz Rusiyanın təzyiqi ilə döyüşləri
dayandırmalı oldu. ABŞ və bütövlükdə xristian dünyasının Ermənistana “ərköyün”
balası kimi yanaşdığını da unutmamaq lazımdır. Belə güclü təzyiq qarşısında Azərbaycan
rəhbərliyinin yenidən geniş hərbi əməliyyatlara başlamasını gözləmək sadəlövhlük
olar. Prezidentlərin görüşündə hansısa konkret razılaşmanın olacağına da ümid
azdır. Çünki Azərbaycan Ermənistanın istəklərinə razı ola bilməz, Ermənistan isə
Rusiya və Qərbin köməyinə arxalanaraq Azərbaycanın haqlı tələblərinə boyun əyməyəcək.
Beləliklə, prezidentlər növbəti dəfə salamlaşıb evlərinə qayıdacaq və növbəti
görüşə kimi tərəflər arasında söz müharibəsi davam edəcək”.

 

Seymur
Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler