Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prezidentin YOL haqqında serencamlarına sözardı

04 Ağustos 2016

9:32 am


04/08/2016 [13:31]: xeber –
Azərbaycanda müasir standartlara cavab verən avtomobil yolları ilə bağlı zaman-zaman müzakirələr aparılıb. İnsafən, son zamanlar bu sahədə nəzərəçarpacaq dərəcədə inkişaf var. Elə redaksiyamızın qarşısından keçən avtomobil yolu (Qara Qarayev prospekti) bir müddətdir ki, əsaslı şəkildə təmir olunur, işıq dirəkləri basdırılır, piyada keçidləri müəyyənləşdirilir və s. Çox yaxşı haldır ki, yolların ortasından çəkilmiş, son zamanlar insan qatilinə çevrilən dəmir lövhələr də yığışdırılır, əvəzində daş arakəsmələr qoyulur. Bu, təhlükəsizlik üçün çox vacibdir. Diqqətimi çəkən budur ki, son zamanlar ölkə başçısı yol tikintisi ilə bağlı az qala hər gün bir və ya bir neçə sərəncam imzalayır. Onların bir neçəsini xatırladıram: 22 iyul 2016Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı;23 iyul 2016Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı;23 iyul 2016Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı;25 iyul 2016Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi ilə bağlı;27 iyul 2016Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi ilə bağlı;28 iyul 2016Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə bağlı;29 iyul 2016Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı;30 iyul 2016Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı;30 iyul 2016Bakı şəhəri Qaradağ rayonunun Lökbatan-Qobu avtomobil yolunun tikintisi ilə bağlı;01 avqust Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisi ilə bağlı;2 avqust 2016Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı;3 avqust Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı;Təqdirolunandır. Yol abadlıqdır, inkişafdır, turizmin inkişafında əsas amillərdən biridir, insan təhlükəsizliyidir, vətəndaşların rahatlığı üçün vacibdir, hansısa xəstəni ölümün cəngindən xilas etmək, ucqar yaşayış məntəqələrindən mərkəzi xəstəxanalara gətirmək baxımından çox önəmlidir. Ucqarlara – Qubanın Xınalıq, Yardımlının Savalan dağı ilə üzbəüz yerləşən Deman kəndinə çəkilən yol artıq xəyalların gerçək olmasıdır. Ancaq çox gözəl olardı ki, növbəti sərəncamlardan biri Yardımlı-Lerik avtomobil yolunun çəkilməsi ilə bağlı olaydı. Bunu on illərdir ki, hər iki rayonun əhalisi intizarla gözləyir. Hələ sovet dövründən bəri iki qonşu rayon arasında torpaq yol istisna olmaqla abad yolun çəkilməməsi zaman-zaman bir çox suallar doğurub. Məlumata görə, sovetlər zamanı bu layihəni əngəlləyən xüsusi qüvvələr də olub. Ancaq ölkəboyu abad yolların çəkilməsi, hətta kənd yolları ilə bağlı verilən qərarlar yerli əhalini xeyli ümidləndirib. Lerik-Xanəgah (rayonun Yardımlı ilə həmsərhəd olan sonuncu ucqar kəndi) avtomobil yolunun çəkilməsi ilə bağlı prezident sərəncamı var. Amma aldığım məlumata görə, yol tikintisi dayanıb. Əgər həmin yol başa çatdırılsa, Yardımlıdan bura qədər olan cəmi 15 km-lik məsafəni abadlaşdırmaqla, asfaltlamaqla on minlərlə sakini ağ günə çıxartmaq olar. Özü də Lerik rayonunun bir sıra kəndlərinin əhalisi isə Yardımlı-Masallı yolu ilə paytaxta gəlməyə daha çox üstünlük verir, nəinki daha uzaq məsafə qət edib Lerikə getməklə. Həm də bu iki rayon arasında əlaqələr baxımından mühüm əhəmiyyətə malikdir. Yeri gəlmişkən, bu bölgədə həm də mineral sular (minerallarla zəngin Bülüdül bulağı), çaylar, meşələr, dağlar da mövcuddur. Qısası, turistlər üçün unikal ünvanlardan biridir. Bir neçə il öncə xalq şairi Sabir Rüstəmxanlının xahişi ilə ölkə başçısı Yardımlı-Ünəç-Osnağaran-Hamarkənd-Abasabad yolunun asfaltlanması barədə sərəncam verdi və artıq bu kəndlərin əhalisi əzab-əziyyətdən xilas olub. Bunun ardınca Yardımlı-Bozayran, Bürzümbül-Bilnə-Vərgədüz-Sırıq üzükvari yolunun da asfaltlanması əhalinin digər hissəsinin də rahatlığını təmin edərdi. Yeri gəlmişkən, bu yolun böyük bir hissəsi bir neçə il əvvəl daşla döşənib və böyük maliyyə vəsaiti tələb etmir. Yardımlı və Lerik camaatı əmindir ki, bir gün onların da yolu qovuşacaq. Biz də inanırıq ki, bölgələrin inkişafı, əhalinin kəndə qayıdışı, kənd təsərrüfatını inkişaf etdirməsi baxımından da önəmli rol oynayan yol layihələri barədə növbəti sərəncamlarda bu məsələlər də əksini tapacaq, inşallah!Elşad Paşasoy – yazarın arxivi


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler