Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prezidentin sert ritorikası Avropada Anti-Azerbaycan ovqatı yarada bilermi?

22 Eylül 2016

9:36 am


22/09/2016 [13:32]: xeber –
Xəbər verdiyimiz kimi srağagün Prezident İlham Əliyev Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərək Qərbin müxtəlif təsisatları əleyhinə sərt tənqid səsləndirib, Azərbaycanla bağlı hazırlanan hesabatları qərəzli adlandırıb.   Maraqlıdır, İlham Əliyev tərəfindən ittihamlara məruz qalan beynəlxalq təsisatlar bundan sonra Azərbaycanla bağlı yürütdükləri siyasətlərində hər hansısa dəyişiklərə əl atacaqlarmı? Politoloq Zərdüşt Əlizadə sayt-a açıqlamasında Avropanın ölkəmizə qarşı apardığı siyasətində heç bir dəyişiklik olmayacağını dedi:“Gəlin ilk öncə biz Avropa və Azərbaycanı müqaisə edək. Köhnə qitə hazırda dünya iqtisadiyyatının lokomativlərindən hesab olunur. Avropada insan haqları, mülkiyyət hüququ, söz azadlığı uzun illərdir ən yüksək formada təmin olunur. Ölkələr arasında sərhədlər götürülüb. Azərbycan isə yalnız neftə gəlirlərinə möhtac olan kasıb bir respublikadır. Son müşavirə Avropa ölkələrini heç bir formada narahat etməyib. Onların Azərbaycanla bağlı mövqeləri əvvəl olduğu kimi davam edəcək”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler