Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Prezidentin serencamı ölkeye turist axınını artıracaq” pMedeniyyet ve Turizm Nazirliyi

02 Eylül 2016

12:16 pm


02/09/2016 [16:15]: xeber –
“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamında turizmin rəqabət qabilliyyətinin artırılması, bu sektorun iqtisadiyyatın prioritet sahələrindən biri kimi inkişaf etdirilməsi ilə bağlı bir sıra müddəalar öz əksini tapıb, bir sıra tapşırıqlar verilib. Bu tapşırıqlardan biri də Azərbaycan diplomatik nümayəndəliklərində turizm nümayəndələri təyin olunması ilə bağlıdır. Məlumdur ki, nazirliyin artıq dörd ölkədə; Rusiya, Türkiyə, BƏƏ, Almaniyada müqavilə əsasında turizm nümayəndələri faəliyyət göstərir. Onlar həmin ölkələrdə Azərbaycanın təbliğat və təşviqat işlərini həyata keçirilməsi ilə məşğuldur. Bununla bağlı konkret təklifləri iki ay müddətində adiyyəti dövlət qurumları ilə birlikdə ölkə başçısına təqdim ediləcək”.Bu barədə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov bildirib.O, həmçinin əlavə edib ki, ölkədə hər il “shoppinq festival”ı keçiriləcək və bu addım ölkəyə gələn turistlərin sayının artımına təsir edəcək:“Bu tapşırıqlarından da biri Bakı şəhərində “shoppinq festival”ının keçirilməsindən ibarətdir. Məlum olduğu kimi belə bir festivalların keçirilməsi ölkəyə gələn turist axınına xidmət edəcək tədbirlərdir. Dünya təcrübəsində belə layihələrin həyata keçirilməsi mövcuddur. Ölkə başçısının müvafiq tapşırığına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb ki, hər il belə bir festival keçirilsin. Eyni zamanda müvafiq dövlət qurumlarına festivalın təşkili üçün müvafiq güzəştlərin, təşviq layihələrini həyata keçirilməsi ilə bağlı işlərin hazırlanıb bir ay müddətində Azərbaycan prezidentinə təqdim edilməsi tapşırılıb”, – deyə V.Şıxəmmədov qeyd edib. (oxu.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler