Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Prezidentin qetiyyetli mövqeyi her şeyi gün işığına çıxardı”

09 Ekim 2016

4:36 pm


09/10/2016 [20:33]: xeber –
“Prezidnt İlham Əliyev hər zaman olduğu kimi son müşavirədə də fikirlərini xalqa çatdırdı. Bu dəfə o, daha açıq mətnlə danışdı.”Bu sözləri sayt – a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.Deputatın sözlərinə görə, prezident çıxışında Azərbaycanın dünyaya açıq olduğunu bir daha ifadə edib:”İlham Əliyev Azərbycanın dünya birliyində oynadığı rolu açıq-aydın ifadə etdi. Dövlət başçısı Azərbaycanın dünya birliyinə hər zaman açıq olduğunu ifadə edib. Amma təəssüflər olsun ki, bizə qarşı qərəzli münasibət davam etməkdədir. Bütün bunları nəzərə alan İlham Əliyev daha açıq mətnlə ölkəmizə qarşı qətnamələr qəbul edən Avropa Parlamenti haqda fikirlər bildirdi. Nəticədə Avropa Parlamenti ilə əlaqələr qısa müddətə kəsildi. Onlar səhvlərini başa düşdükdən sonra Bakıya böyük tərkibli nümayəndə heyyətlərini göndərdilər. Prezident hazırda Avropada yaşanmaqa olan humanitar böhran, avropalıların müsəlman qaçqınlarına münasibətləri barədə danışdı, qoca qitənin yaşadığı mövcud durumu çılpaqlığı ilə ortaya qoydu. Dəyərləri itməkdə olan və böhranla çarpışan Avropaya inteqrasiyanın ölkəmizə hansı fəsadlar verə biləcəyi də qeyd olundu. Bundan Əlavə 5-ci kolonun göstərişi ilə ölkədə vəziyyəti gərginləşdirmək istəyən qüvvələr barədə də preziden açıq-aydın fikir bildirdi. İlham Əliyev  Azərbaycan xalqına Qərbin bizdən istəklərini çatdırdı. Göründüyü kimi, bizdən Qarabağın müstəqilliyinin tanınmasını istəyirlər. Bütün təzyiqlər buna görədir. Onlar Azərbaycana təzyiq göstərmək üçün müxtəlif bəhanələr uydururlar. Prezidentin sərgilədiyi qətiyyətli mövqe isə hər şeyi gün işığına çıxardı.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler