Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prezidentin Qarabağ açıqlaması – Bakı ermenilere son sözünü dedi

28 Haziran 2016

6:00 am


28/06/2016 [09:56]: xeber –
Milli Məclisin komitə üzvü: “Prezidentin hərbçilər qarşısındakı çıxışı Azərbaycanın mövqeyini birmənalı şəkildə ortaya qoydu” Prezident İlham Əliyev ötən həftə hərbçilər qarşısındakı çıxışı zamanı Qarabağ danışıqlarının Sankt-Peterburq görüşü ilə bağlı bəzi detalları açıqladı. “Sankt-Peterburq görüşünün nəticəsi olaraq birgə bəyannamə qəbul edilib. O da ictimaiyyət üçün təqdim edildi. O bəyannamədə hər şey, xüsusilə məsələnin həlli yolları göstərilir” deyən dövlət başçısı Sankt-Peterburq görüşünün müsbət nəticələrinin olduğunu vurğuladı.Qeyd edək ki, ölkə başçısı Rusiya görüşündən öncə demişdi ki, Azərbaycan danışıqların daha 20 il davam etdirilməsinə razı olmayacaq. Bu mənada son görüşdə irəliləyişin əldə olunduğu barədə səslənən fikirlər müəyyən ümidlər yaradır. Prezident İlham Əliyev deyib ki, Azərbaycan heç bir şərt qəbul etmədən danışıqlara gedir. “Bununla bərabər, ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin işçilərinin say tərkibinin artırılması məsələsi də müzakirə edilib. Düzdür, orada say göstərilmir. Ancaq mən deyə bilərəm ki, əgər bu gün o ofisdə 6 nəfər işləyirsə, bu, maksimum 2 dəfə, 2,5 dəfə artırıla bilər. Yəni burada böyük missiyadan söhbət getmir. Nəzərə alsaq ki, təmas xətti on kilometrlərlə ölçülür, bu işlərin başqa mənasını axtarmaq lazım deyil. Ofisin mandatı da yerindədir, heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq, 6 nəfərin əvəzinə 12, ya 13, ya 14 nəfər olacaqdır, vəssalam”. İlham Əliyevin sözlərinə görə, “o ki qaldı ermənilərin şərt kimi ortaya qoyduqları insidentlərin araşdırılması mexanizminin tətbiqinə, hesab edirəm ki, buna indiki mərhələdə ehtiyac yoxdur”. Sitat: “Birincisi, bu mexanizmlər yoxdur. Bizə heç kim konkret demir ki, bu, nədən ibarət olacaq. Belə olan halda, bu məsələyə bu gün baxmaq düzgün olmazdı. İkincisi, bunun mənası nədən ibarətdir. Əgər bunun mənası ondan ibarətdir ki, münaqişə dondurulsun və təmas xəttində hansısa əlavə tədbirlər görülsün, əlbəttə, Azərbaycan buna getməyəcək. Bu, o vaxt ola bilər ki, danışıqlar prosesində müsbət dinamika davam etdirilsin, biz konkret nəticələri görək, bilək ki, nə vaxt bizim torpaqlarımız işğaldan azad olunacaq, onda əlbəttə, müxtəlif mexanizmlər işlənə və o vaxt bu məsələyə baxıla bilər”.  O, həmçinin Sankt-Peterburqda qəbul edilən bəyanatda bir mühüm məsələyə də toxunub:“Mən Sankt-Peterburqda qəbul etdiyimiz bəyanatda bir mühüm məsələyə də toxunmaq istəyirəm. Orada qeyd edildi ki, son vaxtlar təmas xəttində vəziyyət sabitdir, atəşkəs bərpa edilib və bu, müsbət hal kimi qiymətləndirilir. Belə olan halda, heç bir insidentlərin araşdırılması mexanizminin tətbiqinə ehtiyac qalmır. Yəni o şərt də qəbul edilmədi”.Dövlət başçısı Dağlıq Qarabağın statusu ilə bağlı qeyd edib ki, bu, sonranın işidir: “Əlbəttə ki, müəyyən status ola bilər. Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası mövcuddur. Bunun muxtariyyət statusu var. Avropada, digər ölkələrdə mütərəqqi təcrübə və müxtəlif statuslar var. Ancaq bu status ölkəmizin ərazi bütövlüyünü pozmamalıdır.Bir məqamı da qeyd etmək istəyirəm ki, həm 2008-ci ildə Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin imzaladıqları sənəddə, – ona “Mayn Dorf” bəyannaməsi deyirlər, – həm də bu ay Sankt-Peterburqda qəbul edilmiş bəyanatda Helsinki Yekun Aktına istinad edilir.Ermənistan tərəfi getsin Helsinki Yekun Aktını diqqətlə oxusun. Orada prinsiplər açıq-aydın göstərilir və ərazi bütövlüyü prinsipi üstünlük təşkil edir. Düzdür, orada xalqların öz müqəddəratını müəyyənetmə prinsipi də var. Amma birincisi, erməni xalqı öz müqəddəratını müəyyən edib, onların Ermənistan dövləti var. Baxmayaraq ki, o dövlət də tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. İkincisi, xalqların müqəddəratını təyinetmə, müəyyənetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Bu, beynəlxalq prinsiplərdir və hər bir ölkə buna riayət etməlidir”.Xatırladaq ki, Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov ilkin olaraq Azərbaycanın 5 rayonunun azad olunması ilə bağlı müzakirələrin aparıldığını deyəndən sonra Rusiya XİN rəsmisi Mariya Zaxarovadan sərt reaksiya gəlmişdi.   Deputat,  Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə hələlik danışıqlar prosesində masa üzərində sənədin olmadığını bildirdi: “Cənab prezident artıq bu barədə bütün spekulyasiyalara birdəfəlik son qoydu.Danışıqlar gedir, müəyyən mərhələdə həll prosesinə yaxınlaşırlar, amma sonradan Ermənistanın əvvəlcədən razılaşdırılmış mövqedən imtina etməsi nəticəsində yenidən başlamaq lazım gəlir. Bu gün danışıqlar və problemin özü ümumən bir-birinə bağlı olan məsələdir. Ermənistan üçün vacib olan danışıqlara getməsidirsə, Azərbaycan üçün vacib məsələ problemin həll olunmasıdır. Ermənistan isə çalışır ki, danışıqlarda diqqəti əsas mövzudan uzaqlaşdırsın. Monitorinq qrupunun yaradılması, insidentlərin araşdırılması…Amma Ermənistan qoşunlarının nə səbəbdən Azərbaycan torpaqlarında yerləşməsi sualına Ermənistan cavab vermək istəmir. Həmçinin Azərbaycan öz qətiyyətini həm diplomatik, həm hərbi sahədə kifayət qədər ciddi göstərib. Danışıqlarda iştirak edir, amma bununla belə, danışıqlarda nəticə olmadıqda özünün daxili və siyasətinin möhkəmlənməsinə əsas diqqət yetirir”. Deputat bildirdi ki, eyni zamanda Azərbaycan məsələnin hərbi yolla həllindən də heç vaxt imtina etməyib: “Aprel döyüşlərində Azərbaycan ordusunun güclü və Ermənistandan qat-qat güclü hazırlığı ortaya çıxdı. Ermənistan bunu etiraf da edir. Ermənistan tərəfi bu gün ciddi çaşqınlıq içərisindədir və çıxış yolunu Azərbaycan torpaqlarını işğalda saxlamaq niyyəti ilə axtarır. Bu isə mümkün olan məsələ deyil. Azərbaycan əsas məsələni gündəliyində saxlayır, böyük dövlətlərinin danışıqları davam etdirməklə bağlı təşəbbüsünü dəstəkləyir və onları daha fəal olmağa çağırır. Bununla belə, vaxt itkisinin qeyri-məqbul olduğunu diqqətə çatdırır. Hesab edirəm ki, cənab prezidentin hərbçilər qarşısındakı çıxışı Azərbaycanın mövqeyini birmənalı şəkildə ortaya qoydu”.(musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler