Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prezidentin ordu ile bağlı son mesajına – Şerh

13 Temmuz 2016

6:08 am


13/07/2016 [10:06]: xeber –
“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında səsləndirdiyi fikirlər çox önəmli və vacibdir. Çünki dövlət başçısı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki mövqeyi və hərbi potensialının gücləndirilməsi ilə bağlı planlarını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri öncəsi səsləndirilən bu fikirlər ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya, ABŞ və Fransanın diqqətinə çatdırılan bir mesaj idi. Əgər bunları nəzərə alan Rusiya, Amerika və Fransa düzgün qərar qəbul etsələr, o zaman bölgədə qan-qada azalacaq və ya bundan tam ötüşmək mümkün olacaq”.sayt xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov prezident İlham Əliyevin Nazirlər Kabinetinin son müşavirəsində hərbi potensialın gücləndirilməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarla əlaqədar səsləndirdiyi fikirləri şərh edərkən deyib.Ekspert qeyd edib ki, Ermənistan tərəfi də Azərbaycan prezidentinin bu çıxışından düzgün nəticə çıxarmalıdır: “Dövlət başçısı faktiki olaraq bir daha Ermənistanın və dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır və Azərbaycan Silahlı Qüvvələri üçün bundan sonra lazım olan zəruri və ən müasir silah və texnika alınacaq. Buna heç kimin şübhəsi olmasın. Çünki Azərbaycan bu illər ərzində kifayət qədər səbr və dözüm nümayiş etdirib. Lakin çox təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, konkret olaraq ATƏT-in Minsk qrupu işğalçını işğalçılıq siyasətindən çəkindirə, Ermənistanı beynəlxalq hüquq və normalara hörmətlə yanaşmağa məcbur edə bilmir”.Ü.Cəfərovun fikrincə, Azərbaycan artıq bu məsələnin uzanmasına imkan verməyəcək: “Dövlət başçısı Nazirlər Kabinetinin iclasında da faktiki olaraq həm güc strukturlarına, orduya, konkret olaraq Müdafiə Nazirliyinə bir növ hazır olmaq göstərişi verdi. Onun sözlərinə görə, bu məqsədlə bundan sonra da ən müasir silahlar alınacaq, ordunun gücü daha da artırılacaq. Dağlıq Qarabağ problemi ən qısa müddətdə öz həllini tapmalı, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır”.Qeyd edək ki, prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zaman deyib: “Biz hərbi potensialımızı gücləndiririk və gücləndirəcəyik. Aprel döyüşləri bir daha onu göstərib ki, biz düzgün siyasət aparırdıq və aparırıq”.Dövlət başçısı bildirib ki, bu gün hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır: “Bu gün Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra edə bilər. Biz sadəcə olaraq hələ də ümid edirik ki, bu münaqişə sülh yolu ilə həll oluna bilər və ümidlərimiz bir qədər artıb. İndi əsas məsələ bundan ibarətdir – həmsədr ölkələr və ATƏT Ermənistana ciddi təzyiq göstərməlidir ki, onlar təklif olunan məsələ ilə bağlı müsbət cavab versinlər”.İlham Əliyev vurğulayıb ki, hərbi potensialımızın gücləndirilməsi prioritet olaraq qalacaq: “Aprel hadisələrindən sonra çox ciddi əlavə tədbirlər görülüb. Bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artıb, daha da artacaq. Biz ən müasir texnika, silah-sursat alırıq. Əlbəttə ki, bu, bizim gücümüzü artırır və danışıqlar prosesində mövqelərimizi gücləndirir. Ona görə artıq uzun illər ərzində apardığımız siyasət öz səmərəliliyini təsdiq etdi. Bundan sonra hərbi potensialımızın gücləndirilməsi, ordu quruculuğu prosesi daha da sürətlə getməlidir. Həm yerli istehsal daha da artmalıdır və artacaq, – bu gün artıq Azərbaycanın çox güclü hərbi sənayesi vardır, – həm də ən qabaqcıl texnologiyaya malik olan silahlar alınır və alınacaq”. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler