Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Prezidentin “Naz-Lifan”larla bağlı gösterişinden sonra 200 mine “BMW” alan memur var”

23 Haziran 2016

1:08 pm


23/06/2016 [17:07]: xeber –
Ermənistanda hökumət üzvlərinə
məxsus 400-ə yaxın xidməti avtomobil satışa çıxarılıb. Bu avtomobillərin
satışından əldə ediləcək vəsait dövlət büdcəsinə daxil ediləcək.

Maraqlıdır, Azərbaycanda
da hökumət üzvlərinə məxsus avtomobillərin bir qismi dövlət büdcəsi xeyrinə  satışa çıxarıla bilərmi?

Məsələ ilə bağlı
sayt-a açıqlama verən ehtiyyatda olan ədliyyə generalı, Milli Şuranın
hüquq komissiyasının sədri Vidadi Mirkamal Azərbaycanda dövlət büdcəsinə qənaətlə
bağlı heç bir istək və hərəkətin müşahidə edilmədiyini vurğuladı:

“Neft pulları Azərbaycana
gələn zaman biz də , iqtisadçılar da bildirirdi ki, ölkədə zəruri islahatlar həyata
keçirilməlidir. Makro, mikro iqtisadi göstəricilər yüksəldilməlidir. İqtisadi
islahatlar həyata keçirilməlidir. Neftdən asılılığın aradan qaldırılması üçün
bu, vacib idi. Lakin neft bumu zamanı hakimiyyət 7-10 milyard manat məbləğində
tikintiyə, yolların çəkilməsinə vəsait ayırdı.

Hər kəsə bəllidir ki,
tikintiyə ayrılan vəsait ən yaxşı korrupsiya mənbəyidir. Yəni bunca müddət ərzində
büdcə talanıb. Bu hakimiyyətdən büdcə qənaəti gözləmək sadəlövhlük olar. Bizdə
büdcə sahibkarlardan tutulan qanunsuz pullar hesabına doldurulur. Prezidentin “Naz-Lifan”larla
bağlı göstərişindən sonra 200 minə “BMW” alan məmur var. Bu isə o deməkdir ki,
bir müddətdən sonra hakimiyyətin büdcə ilə bağlı ciddi problemləri yaranacaq”.

 

Seymur Əliyev 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler