Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prezidentin mükafatlandırdığı 10 yaşlı Fidan kimdir? – Fotolar

07 Ekim 2016

6:40 am


07/10/2016 [10:36]: xeber –
Dünən Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.Sərəncama görə, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adı düşən 3 nəfərdən biri Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Hüseynova Fidan Yaqub qızıdır.10 yaşlı Fidan Azərbaycan mətbuatına o qədər də yad biri deyil. Belə ki, o, iki il əvvəl fransalı müğənni Lara Fabianın Bakı konsertində çıxış edib. Gənc istedad məşhur dünya ulduzu ilə “Je t’aime” mahnısını duet oxuyub.F. Hüseynova bundan başqa Lara Fabianın İstanbuldakı konsertində çıxış edərək həmin mahnını yenidən duet şəklində ifa edib.Məlumata görə, Fidan Azərbaycanda məşhur iş adamının qızıdır.Balaca sənətçinin atası Yaqub Hüseynov “Bridge Group of Companies” şirkətlər qrupunun, “Bridge Plaza” biznes mərkəzinin (Azservice) və “Global Interiors Group” şirkətinin təsisçisidir.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler