Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Prezidente zeng etdim, dedi ki, eve getme…” –Bineli Yıldırım çevriliş gecesinden danışdı

22 Temmuz 2016

12:56 pm


22/07/2016 [16:55]: xeber –
15 iyul hərbi çevrilişə cəhd zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bərabər, Baş nazir Binəli Yıldırım da MİT rəhbəri Hakan Fidanla əlaqə saxlaya bilməyib.Baş nazir həmin gecəni belə xatırladıb:“Saat 21.00-a qədər Dolmabaxça sarayında görüşlərim vardı. Körpünü keçərkən hərəkətlilik hiss etdim. Prezidentə zəng etdim. Çevrilişə cəhd olması ilə bağlı məlumat aldığını dedi və evə getməməyimi istədi.Nazirlər kəşfiyyat səhvi olduğunu deyir. Bir qism isə “çevriliş barədə məlumat var idisə, niyə qarşısı alınmadı, prezident, baş nazir və kabinet üzvlərinə niyə xəbər verilmədiyi” sualı üzərində dayanır, məsul şəxslərin vəzifədən çıxarılmasını tələb edir.Daxili İşlər naziri Əfqan Ala “Saat 21.20-də Ərzurumda təyyarəyə mindim, xəbərim yox idi. Saat 23.00-da Ankaraya çatanda xəbərim oldu. Elə hava limanındaca tədbir görməyə başladım”, – deyir.Milli Təhlükəsizlik Şurasında Baş Qərargah rəisi Hulusi Akar çıxış edir, hərbi çevrilişin baş verdiyi gecə olanları danışır. Akarın sözlərini deyəcəyəm, çox diqqət çəkən bir cümlə işlətdi: “Birliklərə çatdırılması üçün verdiyim təlimatları faksla göndərmək əvəzinə cırmışdılar…”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler