Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prezidente şikayet etdiler, icra başçısının hedesiyle üzleşdiler -Goranboyda rezalet

22 Eylül 2016

2:28 pm


22/09/2016 [18:24]: xeber –
Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev ölkə başçısı İlham Əliyevə su problemi ilə əlaqədər şikayət yollayan köçkünləri hədələdib. Bu barədə adıçəkilən rayonun Xoylu kəndindəki fermada məskunlaşan Kəlbəcər köçkünləri məlumat verib. Köçkün ailələrinin sözlərinə görə, ciddi şəkildə su problemiylə üzləşsəllər də illərdir ki, icra sturkturları onların həyatına biganədir. Ona görə də əlacsız qalan köçkünlərproblemin həlli üçün Prezidentə üz tutmalı olub. Ancaq Prezident Admnistrasiyasından daxil olan məktubu araşdırmaq əvəzinə icra başçısı müavini Yasin Məmmədovu və işçilərini köçkünlərin üstünə hədəyə yolayıb.İcra hakimiyyəti təmsilçilərinin gəlişini əvvəlcə problemin həlli istiqamətində addım kimi qarşılayan köçkünlər sonradan icra başçısının müavini Yasin Məmmədovun hədə və təhqirləri ilə üzləşiblər. Onları hədələyən icra başçısının müavini əlindəki telefonla  şikayətçilərdən Tural İbrahimovun fotosunu çəkərək, onu həbs etdirəcəyini deyib. Bildirib ki, yaxın günlərdə onu həbs etdirəcək.Saytımız vasitəsiylə ölkə başçısına yenidən üz tutan köçkün ailələri bildirib ki, içərisi qurbağalarla dolu olan gölməçələrdən su içirlər: “Tez-tez özümüzdə övladlarımızda mədə-bağırsaq xəstəlikləri baş qaldırır. Bizə büdcədən su, işıq pulu ayrılır. O pulu Nizaməddin Quliyevə versinlər, bəlkə, insafa gəlib, su problemimizi həll edər”. (Gununsesi.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler