Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prezident yeni bayram günü tesis etdi – 800 min ayırdı

01 Eylül 2016

4:24 pm


01/09/2016 [20:22]: xeber –
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, hər il sentyabr ayının 27-si Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək.***Prezidentin digər sərəncamı isə turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqındadır:“1. Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 800,0 (səkkiz yüz) min manat, o cümlədən Turizm Reyestrinin yaradılmasına 400,0 (dörd yüz) min manat, Bakı şəhərində ticarət festivalının (“shopping festival”) keçirilməsinə 400,0 (dörd yüz) min manat ayrılsın.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler