Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prezident teqaüdçüsü: “Arzum tanınmış mühendis olmaqdır”

28 Ekim 2016

8:00 am


28/10/2016 [11:59]: xeber –
Neft-qaz sahəsi üzrə istənilən müəssisəyə yeni istedadlı gənc mütəxəssislər lazımdır. Bucür mütəxəssislər yetişdirən güclu ali təhsil müəssisələrinin siyahısına başçılıq edən Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan I kurs tələbəsi Mustafa Ağayev “Prezident təqaüdcüsü danışır” rubrikasında bizimlə həmsöhbət oldu. O, öncə özü haqqında məlumat verdi.  – 1999-cü ildə Ağcabədi rayonu Qaravəlli kəndində anadan olmuşam.2005-ci ildə Bakı şəhəri Nizami rayonu 70 N-li pilot liseyə daxil olmuşam.2007-ci ildən təhsilimi Xətai rayonunda yerləşən 64 N-li orta məktəbdə davam etdirmişəm, sonra 2010-cu ildə Bakı şəhəri Nizami rayonu 250 N-li tam orta məktəbdə təhsilimi davam etdirdim.2014-cü ildə ailə vəziyyətimizlə bağlı olaraq təhsilimi Ağcabədi şəhəri Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbində davam etdirmişəm.2016-cı ildə məktəbi bitirmişəm və 690 balla Bakı Ali Neft Məktəbinə qəbul olmuşam. Prezident təqaüdçüsüyəm. – Niyə məhz BANM-i seçdin?- İlk növbədə, mənim mühəndisliyə qarşı marağım olduğundan mən bu ixtisası seçdim. Eyni zamanda, BANM-dəki təhsilin keyfiyyəti, müəllimlərin peşəkar və təcrübəli olması məni bu Ali Məktəbi seçməyə vadar etdi. – Imtahan geridə qaldi. Indi həmin dovrlə bagli hansı təssuratlarını bizimlə bolə bilərsən?- Bildiyiniz kimi, həyatın hər bir anı maraqlıdır.O maraqlı anlardan ən yaddaqalanı abituriyent həyatı olmuşdur.Təbii ki, hər bir abituriyentin arzusu olduğu kimi mənim də arzum tələbə olmaq idi.Baxmayaraq ki, qarşımda müəyyən çətinliklər dururdu, amma mən bu çətinliklərə sinə gərməyi bacardım və Ali Məktəbə daxil oldum. – Ən boyuk arzun nədir?- Mənim ən böyük arzum ailəm üçün,Vətənim üçün xeyirli vətəndaş kimi yetişmək və Azərbaycanda tanınmış mühəndis olmaqdır.Mən inanıram ki, bu istəyimə nail olacam. – Ixtisasın haqqinda nə bilirsən?- İxtisasım kompüter sahəsinə aid olan bir elmdir.Hər bir şirkət öz gəlirlərini artırmaq üçün bəzi həllər axtarır.Proseslərin avtomatlaşdırılması mühəndisləri məhz bu həlləri axtarır və tapır. – Başqa hansi maraqların var?- Maraqlı məlumatlar əldə etməyi çox sevirəm və bunun üçündə boş vaxtlarımda adətən kitab oxuyuram. Indiyə qədər oxuduğum kitabların əksəriyyəti detektiv janrdadır.Digər marağım isə, komediya janrında olan filmləri seyr etməkdir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler