Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prezident Sumqayıt Şeher İcra Hakimiyyetine 5 milyon manat ayırıb

27 Eylül 2016

2:56 pm


27/09/2016 [18:55]: xeber –
Prezident İlham Əliyev “Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.sayt-ın xəbərinə görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib, o cümlədən Paralimpiya və Olimpiya İdman Kompleksləri, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat məktəbi, Uşaq İncəsənət məktəbi inşa edilib, 300 çarpayılıq Şəhər Mərkəzi Xəstəxanasının, Tarix Muzeyinin, Sumqayıt Dövlət Dram Teatrının binaları əsaslı təmir olunmuş, 106 hektar ərazidə dənizkənarı bulvar kompleksi salınıb, “Asan xidmət” Mərkəzi fəaliyyətə başlayıb, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, iri sənaye müəssisələri yaradılıb, 53 mindən çox yeni iş yeri açılıb, geniş abadlıq-quruculuq işləri görülüb.Sərəncamla Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler