Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prezident Qusardadır – FOTO + YENİLƏNİB

08 Eylül 2016

12:36 pm


08/09/2016 [16:35]: xeber –
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədriSaleh Məmmədov yolun tikintisi layihəsi barədə dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.Bu yolun tikintisi ilə 11 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin rayon mərkəzinə və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub. Daha sonra dövlət başçısı Qusar rayonunun Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışını edib.Prezident məktəbin binasının əvvəlki və indiki vəziyyətini əks etdirən stendlərə baxıb.Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lent kəsib.Təhsil naziri Mikayıl Cabbarov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Məktəblə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.***Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaza səfərini başa çatdıraraq Qusara gəlib.Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, bu məkan rayon sakinlərinin və Qusara gələn qonaqların ən sevimli istirahət yerlərindən biridir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler