Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Prezident Messiden xahiş etdi…

28 Haziran 2016

5:20 am


28/06/2016 [09:16]: xeber –
Argentina prezidenti Maurisio Makri ölkənin futbol üzrə yığmasının hücumçusu Lionel Messi ilə telefon bağlantısı qurub. Preizdent futbolçudan qərarını dəyişməsini, milli komandanı tərk etməməsini xahiş edib.Dövlət başçısının nümayəndəsi məlumatın düzgünlüyünü təsdiqləyib. Ötən bazar ABŞ-da keçirilən Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra Messi yığmada karyerasını başa vurduğunu bəyan edib.Həmin matçın oyun sonrası penaltilər seriyasında hücumçu üzərinə düşən penal zərbəsini dəqiq yerinə yetirə bilməyib və bu, yekun nəticəyə öz təsirini göstərib.”Maurisio Makri ona zəng edib, yığmanın oyunundan qürur hissi keçirdiyini deyib və tənqidlərə məhəl qoymamağı xahiş edib”, — deyə prezidentin nümayəndəsi bildirib.Argentina və Çili millilərinin üz-üzə gəldikləri final oyununun əsas və əlavə edilmiş vaxtlarında hesab açılmayıb. Kubokun sahibini müəyyən etmək üçün təyin edilən penalti seriyasında gülən tərəf çilililər olub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması 4:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Amerika kubokunun qalibi olub.Argentina yığmasının lideri penalti zərbəsindən yararlana bilməyib.”Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu, mənim qərarımdır”, – deyə 29 yaşlı hücumçu bildirib.Finalda məğlubiyyətdən pərişan olan futbolçu milli karyerasına son verdiyini qeyd edərək bundan sonra yalnız lideri olduğu “Barselona”nın uğurları üçün çalışacağını bildirib.(Ans) 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler