Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Prezident hemin serencamı vermeseydi, men repressiyaya meruz qalacaqdım”

24 Ağustos 2016

9:56 am


24/08/2016 [13:52]: xeber –
sayt  nəğməkar şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd ilə müsahibəni təqdim edir:- Necəsiz Vüqar bəy? Deyəsən, bu il istirahətinizi Bakıda qərarlaşdırıbsız?- Keçən il də Bakıda keçirmişdik. İki ildir ki, yayı Bakıdayıq.- Son yaradıcılığınız nə yerdədir? Hazırda nədən yazırsız?- Bugünlərdə Nailə Mirməmmədli mənim Vətən haqqında yazdığım şeirə bir mahnı yazıb, Almaxanımın (qızını nəzərdə tutur G.X.) 15 yaşı münasibətilə ad günündə ona hədiyyə göndərdi. Daha sonra bəstəkar Ruslan Səfəroğlu var, o da mənim sözlərimə Mətanət İskəndərli üçün mahnı yazıb. Böyük Şəhriyarın fars dilində yazılmış şeirlərinin filoloji tərcüməsi ilə məşğulam. Bu, mənim akademik elmi işimdir. – Maraqlıdır, son şeirlərinizin mövzusu əsasən nədən ibarətdir?- Əsasən Vətən haqqında. Ümumiyyətlə, bütün şeirlər məhəbbətdən yaranır, anaya, Vətənə məhəbbət. Əsas leytmotiv isə vətəndir. Süleyman Rüstəm deyirdi: “İlk pənahım, son pənahım Vətəndir”.- Sizi daha çox nəğməkar şair kimi tanıyırıq. Daha çox hansı müğənni şeirlərinizə yazılmış mahnıların ifaçısı olub?- 20-25 il ərzində 500-dən çox şeirimə mahnı yazılıb. Ən çox ifa edən xalq artisti, sevimli müğənnimiz Brilliant Dadaşova olub. O, 20-yə yaxın mahnı ifa edib. Müğənni var ki, 5 mahnı, digəri 6, 10 mahnı ifa edib. Böyük xanəndəmiz Alim Qasımov Elmira Rəhimova ilə birlikdə şəhidlərimizə həsr olunan “Rekviyem”i oxuyublar. Ağaxan Abdullayev də bir mahnı oxuyub. Onların da hamısının musiqisi əməkdar incəsənət xadimi Nailə Mirməmmədliyə aiddir. – Bəs daha çox hansı mahnı könlünüzcə olub?- Brilliant Dadaşovanın ifa etdiyi “Arzular” mahnısından çox xoşum gəlib, “İzim qalacaq” çox  şöhrətli olub. Hətta o mahnılar mükafatlar qazanıb, “İlin mahnısı” olub. Daha sonra Baloğlan Əşrəfovun oxuduğu “Anam mənim” mahnısı bütün İranda, Türkmənistanda, hətta Amerikada şöhrət qazanıb. Bu mahnı həm ifaçıya, bəstəkara, həm də şair kimi mənə böyük şöhrət gətirdi. Demək olar ki, bütün mahnıların 90 faizi mənim ürəyimcədir. – Mərhum müğənnimiz İlhamə Quliyeva sizin şeirlərinizə müraciət etmişdi?- Bir dəfə. Nailə ya da ki, Hikmət Mirməmmədlinin yazdığı hansısa mahnını mənim yaradıcılıq gecəmdə oxumuşdu. Onunla yaradıcılıq əlaqəmiz olmayıb. – Mərhum müğənnidən söz düşmüşkən, bugünlərdə onun doğum günü anıldı. Amma sükutla. Özünü daim “kraliça” adlandıran bir sənətçinin doğum günündə məzarı üstə cəmi-cümlətanı 3 dəstə gül çələngi qoyuldu, günün sonunda isə həmin güllər dağıdıldı, oğurlandı. Sizcə, sənətçinin ölümündən sonra ona qarşı bu cür münasibət nədən qaynaqlana bilər, doğmalarının biganəliyi, yoxsa ömrünün sonlarına yaxın cəmiyyətdəki nüfuzunu itirməsi?- Allah rəhmət eləsin, indi haqq dünyasındadır. İlhamə Quliyeva yaxşı, professional müğənni idi. Elə də səsi yox idi, amma az səsi ilə özünü sevdirə bilirdi. Çünki müğənni, sənətkar üçün əsas səsdir. Mən bir dəfə radionun baş redaktorunun yanında onun üzünə də demişdim. Həmin vaxt nəsə bir qədər qeyri-təvazökar danışdı, dedim ki, “İlhamə, sənin bir damcı səsin var, belə danışma. Sən çalış həmişə hörmət elə ki, deməyək səsin yoxdur”. O da tez “mənim professor” qardaşım deyib könlümü almağa çalışdı ki, gerisini deməyim (gülümsəyir). Amma professional idi. 90-cı illərdə dəbdən düşmüşdü. Sonra Faiq Sücəddinovun “Neylərsən” mahnısı ilə yenidən sevildi. Çoxlu sayda orden, medal aldı. Deyərdim ki, Brejnev qədər medallar aldı. Amma görürsüz ki, öləndən sonra məzarı üstə gələn yoxdur. Vahid deyir ki, “Gəlməsə üstümə yarım mən öləndən sonra, tutmaz aram məzarım mən öləndən sonra”. Baxıram, indi ona yazığım gəlir, ürəyim ağrıyır. Onda da ona yazığım gəlirdi. İstəyirdi ki, “mən-mən” deyib musiqi aləmində hegemonluq etsin. İndi o zəmanə deyil, kim kimin üstündə ağalıq edə bilər? Qohum-əqrəbası arasında da mal-dövlət üstündə davadır. Sonsuzun malını yemək olar? İlhamədən qalanı uşaq evinə versələr daha yaxşı olar. Ya da ki, Orxana versinlər. Hər halda, övlad kimi onu sayıb, toyunu edib, övladına nəvə deyib… Bu gün də Rübabə Muradova, Şövkət Ələkbərova üçün ağlayırlar. İlhamə xanım özünü çox xoşbəxt sayırdı, amma gördüyünüz kimi, bədbəxt sənətkardır ki, qəbri üstünə gələn yoxdur. – Bir qədər də qızınız Almaxanımdan danışaq. Yeniyetmə olmasına baxmayaraq, artıq bu sənətdə fərqlənməyə başlayıb.- Nailə Mirməmmədli o gün doğum günündə ATV kanalında onu təbrik etdi, dedi ki, “mən inanıram ki, 10 ildən sonra o, xalq artisti olacaq, çünki bəzi xalq artistlərindən yaxşı oxuyur” (gülümsəyir). – Hiss olunur ki, ən böyük dəstəyi də sizdən alır.- Bəli. – Bu sənəti davam etdirmək fikri varmı?- Bəli. Gələn il, inşallah, sənədlərini Milli Konservatoriyanın muğam şöbəsinə verəcək. – Bir neçə il bundan əvvəl AzTV-dən yaman gileylənirdiniz, hətta sizə qarşı efir qadağası olduğunu bildirmişdiniz. İndi vəziyyət nə yerdədir?- Hələ də davam edir, daha kəskin, daha pis. Özümə söz verirəm ki, bu kanalla bağlı danışmayım, amma sual veriləndə qarşımdakı jurnalistə hörmət əlaməti olaraq çalışıram ki, cavab verim. Həmişə demişəm ki, Alışanov yaxşı insan, oğlandır, (Arif Alışanov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri G.X.), yenə də mənim ona hörmətim var. Sadəcə vəzifə onu dəyişdi. İstəməzdim onunla bağlı söhbətlər açılsın… Elə oldu ki, Eldar Mahmudovun adamını yerimə qoyub məni oradan uzaqlaşdırıb, telefonlarıma cavab vermədi. Axırda gördünüz, Eldar Mahmudova nə oldu, qurban olum Allaha. Bütün kanal sədrləri belədir də. Başqa bir kanalın sədri qardaşım idi, indi saymır məni, deputat seçilmədim deyə salamı kəsdi. Deputatlığa namizəd olanda “yuxarıdan” dedilər ki, “Vüqar gözləsin”. Bir milyon dollar, torpaq, mülk təklif edirdilər, həyat yoldaşım şahiddir. Götürmədim, dedim ki, mən Rəsulzadənin nəvəsiyəm. İndi rahatam, ac ol, kişi ol. Yəni tərcümeyi-halımı ləkələməmişəm. Mən də alsaydım, bu gün 450 manat maaşa baxmazdım, obyektim-filan olardı. Eldar Mahmudov nələr etmişdisə, gəldi burnundan. Mən də etsəydim, Vüqar Əhməd də ləkələnərdi. Evimin qapısı açıq yatıram, aparılası nə var ki, hamısı köhnədən qalma mebellərdir (gülümsəyir). “Arif Alışanov məni işdən çıxarıb, yerimə Eldar Mahmudovun adamını götürdü”- Azərbaycan Yazıçılar Birliyi ilə münasibətiniz necədir? Qurum sizə maddi köməklik edirmi? – 20 ildən çoxdur ki, AYB üzvüyəm, Anar müəllimin həmişə hörmətini saxlamışam, çünki uşaqlıqdan sevimli yazıçım olub. Amma heç bir köməklik olmayıb. Sadəcə, romanımın təqdimatını orada keçirmişəm. Yazıçılar Birliyindən heç nə görməmişəm, heç nə də gözləmirəm, çünki oranın öz komandası var. Rəhmətlik Qabil mənə deyirdi ki, “Yazıçılar Birliyi Əliağa Vahidi saymırdı, o da onları saymırdı”. İndi pis çıxmasın, qurum ola bilsin ki, məni saymır, ora getmirəm. Qurban olum xalqıma. Cənubi Azərbaycanda toylarda Seyid Əzim Şirvanidən, Vahiddən oxuyurlar, bir də məndən. Bu mənim üçün böyük amildir. Dövlətdən nə ev, nə maşın almamışam və ummuram da. Bilirəm ki, ölənəcən də sadaladıqlarım mənə verilməyəcək. Çünki Rəsulzadədən yazan adama verməzlər axı. Cənab prezident istəsə də, onun ətrafı buna imkan verməyəcək. İlk dəfə Rəsulzadə haqqında olan romanımı işıqlandıran “Yeni Müsavat” qəzeti oldu. Mənə bir kanal rəhbəri zəng edib ki, biz səni artıq efirə verə bilməyəcəyik, çünki “Yeni Müsavat” bu barədə yazıb. Bir həftə keçdi, prezident Məhəmməd Əmin Rəsulzadənin yubileyi ilə bağlı sərəncam verdi. Mən də sərəncamı kitabın birinci səhifəsinə saldım. Həmin adam mənə zəng edib dedi ki, doğrudan sən xoşbəxt adamsan, gör Allah səni necə qorudu. Yəni prezident həmin sərəncamı verməsəydi, Vüqar Əhməd tamamilə repressiya edilərdi. Onsuz da cəmi 3 kanala çıxıram. Mənə televiziya – filan lazım deyil. Amma uşağım oxuyur, istəmirəm ki, repressiyaya uşağım düşsün”.Bu məqamda söhbətimizin ahəngi tamamilə dəyişib, nurçularla bağlı məsələlərin üzərində köklənir:- Bilirsiz ki, bu nurçulara qoşulanlar pula satılıb. Bizə də gülənçilər tərəfindən təklif olunub. Qızım Almaxanım 13 yaşında beynəlxalq müsabiqədə qalib oldu. Onda bizə zəng gəldi ki, Almaxanım Türkiyədə 20 günlük turnir konsertlər versin. Konsertlər üçün kartlar da vermişdilər, nə istəyir geyinmək və sairə üçün. Hardasa 20 min lirəlik kart idi. Dedim ki, bir şərtlə icazə verirəm, bacım da onunla getsin. Sonra araşdırdım ki, bu, Gülənlə bağlı festivaldır, onu təşkil edənlər isə nurçulardır. Zəng etdim bizimlə əlaqə saxlayan xanıma dedim ki, “belə tanınmış şair, aliməm, heç bir təriqətə-filan meyilli adam deyiləm, bir Allaha, bir də peyğəmbərə iman gətirirəm. Mən tərcümeyi-halımı ləkələyə bilmərəm. Dedim ki, pula satılan adam deyiləm. Cavab verdilər ki, Türkiyəni istəmirsən, onda Almaniyaya göndərək. Həm Almaniya, həm də Afrika konsertləri təklif olundu. Üstəlik, pul, şöhrət də öz yerində. Dedim ki, yox. Qızım da uşaq idi, gedib Türkiyəni görmək istəyirdi, başa saldım ki, qızım, biz pula görə ailəmizin adını ləkələyə bilmərik. İndi hansı ziyalılar ki, onlardan pul almışdılar, onu qusurlar. O gün deyirəm ki, şükür, necə rahatam, onlara qoşulsaydıq, indi mən də qorxacaqdım (gülür). Səməd Vurğun demiş, ”Əyilməz vicdanın böyük heykəli!” – İndi şou-biznesdə hər əlinə mikrofon alan özünə müğənni dediyi kimi, əli qələm tutan hər kəs özünə şair, yazar deyir. Bəs sizcə, kimə yazar, şair demək olar?- Şair odur ki, heç olmasa bir şeirini xalq bilsin, sevsin, bilsinlər ki, belə bir şair var. Amma indi bəzi şairlərimiz var ki, Səməd Vurğunu silirlər, Sabir üçün deyirlər meyxanaçıdır, Əliağa Vahidi şair saymırlar, dahi Füzulini şair hesab etmirlər, Cəlil Məmmədquluzadənin üstündən xətt çəkirlər. Beləliklə diqqəti cəlb etmək istəyirlər. Gənclərin içərisində yaxşı şairlər var, amma klassiklərin üstündən xətt çəkmək olmaz. Şair odur ki, ilahidən gəlməlidir, oturub qafiyə tapmaqla şairlik olmaz. Şair deyəndə göz qabağına Mikayıl Müşfiq, Cavid əfəndi, Əliağa Vahid, Ramiz Rövşən gəlir. – Bugünlərdə məşhur avtoritet Rövşən Lənkəranskinin ölümü cəmiyyətdə böyük ajiotaj yaratdı. Bir çox siyasətçilər, tanımışlar, hətta şou-biznes nümayəndələri onun ölümü ilə bağlı öz təəssüratlarını bölüşdülər. Lakin onlar arasında söz, yazar adamlarını görə bilmədik. Bəs siz bu məsələni necə dəyərləndirirsiz? Sizcə, niyə cəmiyyət bu cür insanlara böyük rəğbət bəsləyir?- Qələm adamı “qanuni oğru”ya rəğbət bəslədiyini ictimailəşdirsə, nüfuzuna xələl gələ bilər. Amma qəlbimizdə ona qarşı böyük məhəbbət var, Allah ona rəhmət eləsin. Lənkəranskini şəxsən tanımırdım. Amma haqqında eşitmişdim. Onun ölümü mənə də çox pis təsir etdi, çünki azərbaycanlılara çox böyük dəstək olurdu. Şərəfsiz ermənilərin əli ilə öldürüldü. Özü Türkiyədə  yaşasa da əli Rusiyada idi. Mənim orada yaşayan qohumlarım var, onlar deyirdi ki, bizim mağazamıza heç bir oğru, polis gələ bilməz, çünki Rövşənin adı var üstümüzdə. O, kişi olub. Bizim məmurlarımızın içində də oğrular var. Belələrindən biri ölsə, gözüm də yaşarmaz, amma Rövşən üçün ürəyim ağrıdı. Adı “qanuni oğru”dur, amma o, heç vaxt oğru olmayıb, atasının intiqamını alıb, sonra da Qaçaq Nəbi, Kərəm kimi olub. O, bizim müasir dövrümüzün Qaçaq Nəbisidir. Onun xüsusiyyətləri Koroğluda və digər xalq qəhrəmanlarımızda da olub. Lənkəranski Azərbaycanın fəxr ediləsi oğlu idi. Amma qaldı bəzi sənət, şou adamlarının ondan bəhs etməsi, bunların hamısı şou, özlərini reklam etməsi üçün idi. Məsələn, müğənni Elton onunla birlikdə şəkil çəkdirmişdi və aydın idi ki, o, həqiqətən Lənkəranskinin ölümünə sızlayır. Amma digərləri, guya evində bu dəqiqə matəmdir…Eşitmişəm ki, o, həmişə ətrafına deyirmiş ki, bu yolda olmasın. Kim istəyər ki, bu cür olsun, əgər atasının qisasını almasaydı, cinayət, kriminal aləmə düşməzdi… (musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler